Müxtəlif media resurslarda Azərbaycan Respublikasının Milli Elektron Hökumət Portalının kiberhücumlara məruz qaldığı ilə bağlı təxribat xarakterli məlumat yayılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu məlumatın əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Milli Elektron Hökumət Portalı bildirib:

"Məlum olduğu kimi, mövcud vəziyyətlə bağlı tam rəqəmsal təhlükəsizliyin təmin edilməsi, vətəndaşlarımızın fərdi məlumatlarının düşmənlərdən qorunması əsas prioritetimizdir".

Bu məqsədlə xarici ölkələrdən Milli Elektron Hökumət Portalına giriş qismən məhdudlaşdırılıb. Bu təcrübə xüsusi hallarda tətbiq edilir, yalnız müvəqqəti və önləyici xarakter daşıyır.

Qeyd edək ki, Azərbaycandan olan istifadəçilər üçün E-Gov.az saytı adi rejimdə işləyir: vətəndaşlardan heç bir şikayət daxil olmayıb, texniki proseslərlə bağlı hər hansı gecikmələrə yol verilməməsi məqsədilə davamlı monitorinqlər aparılır.

Posted 
Sep 28, 2023
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All