S

umqayıt İnnovasiya Mərkəzi üçün rəsmi "Apple" statusunun təmin edilməsi planlaşdırılır.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimində bildirib.

Samir Məmmədov: Azərbaycan Prezidentinin kibertəhlükəsizliklə bağlı  sərəncamları təməl rolunu oynayır - AZƏRTAC

"Sumqayt İnnovasiya Mərkəzinə sadəcə ofis məkanı kimi baxmamalıyıq. Bu mərkəz ölkədə innovasiya mədəniyyətinin formalaşmasına və güclənməsinə dəyər qatan ideyaların yarandığı məkan rolunu oynayır. Mərkəz əhatəli infrastruktur şəbəkəsi ilə startap ekosistemini inkişaf etdirmək və ümumilikdə innovativ təfəkkürü yeni nəsil yetişdirmək məqsədini daşıyır", - o vurğulayıb.

Onun sözlərinə görə, Sumqayıt İnnovasiya Mərkəzində yaxın zamanlarda "Apple" tərəfindən təlimçilərin sertifikatlaşdırılması və daha sonra mərkəzin rəsmi "Apple" statusu təmin edilməsi planlaşdırılır: "Bu, mühüm məsələdir, çünki gənclərin xüsusilə də bu sertifikatlara marağı var və gələcəkdə onların işlə təmin olunması üçün bu sertifikatlaşdırma çox vacibdir".

Posted 
Dec 23, 2024
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All