Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Ferrari"nin ilk elektrikli avtomobili bu il təqdim ediləcək
"Ferrari" tamamilə elektrikli ilk avtomobilini 2025-ci ilin sonunda təqdim etməyə hazırlaşır. Hazırda model haqqında çox məhdud məlumat olsa da, “Ferrari” CEO-su Benedetto Viqna bu avtomobilin markanın ruhunu əks etdirəcəyinə əmindir.
"BYD"dən rekord satış!
"BYD" 2024-cü ildə elektrikli və hibrid avtomobil satışlarında rekord qıraraq 4,3 milyon ədəd satışla tarixə keçib. Şirkətin satışları ötən illə müqayisədə 42 % artıb. Elektrikli avtomobillər ümumi satışın 42 %-ni təşkil edib, hibrid avtomobil satışları isə 72,8 % artaraq 2,4 milyon ədədə çatıb. "BYD" həmçinin beynəlxalq bazarda böyük irəliləyiş göstərərək, illik ixracını 71,9 % artıraraq 417 min avtomobilə çatdırıb.
"Epic Games" "Fortnite" oyunçusunu məhkəməyə verib
"Epic Games" "Fortnite" oyununda qaydaları pozan bir oyunçuya qarşı hüquqi tədbir görüb. Şirkət gələcəkdə də qaydalara əməl etməyən oyunçulara qarşı daha sərt tədbirlər görəcəyini açıqlayıb. Şirkət bildirib ki, bu cür halların qarşısını almaq üçün hər cür tədbir görüləcək.
"Samsung" QD-OLED monitorlarını təqdim etməyə hazırlaşır
"Samsung" CES 2025 sərgisində yeni nəsil QD-OLED monitorlarını təqdim etməyə hazırlaşır. Bu monitorlar "VESA ClearMR 21000" və "DisplayHDR True Black 1000" sertifikatları ilə fərqlənəcək. "ClearMR" texnologiyası sayəsində sürətli səhnələr daha dəqiq və aydın görünəcək.
"OnePlus"ın "Dimensity 9350" prosessorlu yeni modeli gəlir
"OnePlus" yeni "Dimensity 9350" prosessoru ilə təchiz olunmuş və 7000mAh batareyaya malik güclü bir smartfon üzərində işləyir. Sızan məlumatlara görə, cihaz 1.5K ekran və 6.7-6.8 düym arasında dəyişən ölçüdə dar çərçivəli displeylə təchiz ediləcək.