lon Musk-ın "xAI" süni intellekt startapının bazar dəyəri cəmi 6 ay ərzində 40 milyard dolları keçib.
Musk-dan investorlarına jest: 2022-ci ildə 44 milyard dollara "Twitter"i (indiki X) satın alan Musk, bu prosesdə maliyyə itkiləri ilə üzləşən investorlarını unutmur. "xAI"dakı səhmlərinin 25 %-ni "Fidelity", "Oracle"ın həmtəsisçisi Larry Ellison, "Twitter"in qurucusu Jack Dorsey və "Sequoia Capital" kimi dəstəkçilərə təqdim edərək onları "xAI"ın uğurlarına ortaq edir.
Möhtəşəm maliyyələşdirmə və strateji planlar: "Series C" raundunda toplanan 6 milyard dollar, "xAI"ın süni intellekt sahəsindəki irəliləyişini sürətləndirmək üçün istifadə olunacaq. Əsas prioritetlərdən biri, Tennessi ştatında yerləşən 100 min Nvidia GPU ilə təchiz olunan "Colossus" superkompüterinin gücünü ikiqat artırmaqdır. Bu infrastruktur "Grok" süni intellekt modellərinin öyrədilməsində və daha yaxşı məhsulların yaradılmasında mühüm rol oynayır.
Rəqabətdə üstünlük: Elon Musk bildirir ki, bu texnoloji güclənmə "xAI"a, 157 milyard dollarlıq dəyəri olan "OpenAI" və sürətlə inkişaf edən "Anthropic" kimi rəqiblərlə mübarizədə ciddi üstünlük qazandıracaq. "Grok" modeli hazırda "X" platformasında istifadəçilərə təqdim edilir və ilin sonuna qədər daha güclü "Grok 3" modeli bazara çıxarılacaq.