Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Xiaomi POCO X7" seriyasının təqdimat tarixi açıqlandı
"Xiaomi" gözlənilən "POCO X7" və "X7 Pro" modellərinin 9 yanvar tarixində təqdim ediləcəyini elan edib. Şirkət bu xəbəri son təqdimat posterində təsdiqləyib, lakin cihazların texniki xüsusiyyətləri hələlik açıqlanmayıb. İddialara görə, "POCO X7" modeli "Redmi Note 14 Pro"nun rebrendinq edilmiş versiyası ola bilər.
"Vivo" "Apple Vision Pro"ya rəqib cihaz hazırlayır
"Vivo" 2025-ci ildə "Apple Vision Pro"ya rəqib olacaq VR eynəyi təqdim edəcəyini elan edib. Bildirilib ki, MR model adlanan bu cihazın daha çox funksional imkanlar təqdim edəcəyi gözlənilir. Şirkət bu layihə üçün 500 nəfərlik xüsusi komanda yaradaraq cihazın prototipini Çində test etməyi planlaşdırır.
"Half-Life 3" nə vaxt gəlir?
İllərdir gözlənilən "Half-Life 3" oyununun inkişafında "Valve" mühüm irəliləyişlər əldə edib. İddialara görə, oyunun tam çıxışına hələ vaxt olsa da, hər şey planlandığı kimi gedərsə, "Valve" 2025-ci ildə oyunun ilk rəsmi elanını verə bilər.
"Nvidia" 700 milyon dollara yeni bir şirkət satın alıb
"Nvidia" "Run:ai" adlı süni intellekt platformasını 700 milyon dollara satın alıb. Bu razılaşma həm ABŞ, həm də Avropa rəqabət qurumları tərəfindən araşdırılsa da, heç bir şərt olmadan təsdiqlənib. "Run:ai" şirkəti əsasən süni intellekt layihələrində GPU resurslarının daha səmərəli istifadə olunmasını təmin edən proqram təminatı təklif edir.
"Xbox"ın yeni nəsil kontrollerinin xüsusiyyətləri üzə çıxıb
"Microsoft"un yeni nəsil "Xbox" kontrolleri ilə bağlı maraqlı detallar ortaya çıxıb. Yeni alınan patentə əsasən, cihaz həm köhnə oyunlarla uyğunlaşaraq 20 Hz tezliyində klassik titrəmə funksiyasını, həm də yeni oyunlar üçün 80 Hz tezliyində yüksək dəqiqlikli “haptic feedback” təqdim edəcək.