Warner Bros, Disney və Sony Ukraynanın işğalından sonra Rusiya kinoteatrlarında filmlərin nümayişini dayandırıb.
Busa o deməkdir ki, “The Batman”, “Turning Red” və “Morbius” kimi filmlərinin nümayişi planlaşdırıldığı kimi davam etməyəcək.
“Warner Bros” blokbasteri “Batman” cümə günü Rusiyada nümayiş etdirilməli idi.
Açıqlamada: "Ukraynadakı humanitar böhran fonunda “WarnerMedia” Rusiyada "Batman" filminin nümayişini dayandırır.” - deyilib.
Bu arada “Disney” şirkəti də “Pixar” cizgi filmi “Turning Red”-in Rusiyada nümayişini də təxirə salıb.
"Ukraynanın səbəbsiz işğalını və faciəli humanitar böhranı nəzərə alaraq, biz Rusiyada filmlərin teatra buraxılmasını dayandırırıq", - Disneyin bəyanatında deyilir.
“Disney” əlavə edib ki, qaçqınlara təcili yardım və digər humanitar yardımlar göstərmək üçün qeyri-hökumət təşkilatları ilə işləyəcək.
“Sony” həmçinin “Marvel” adaptasiyası “Morbius”un ölkədə təqdimatını dayandırıb.
"Ukraynada davam edən hərbi əməliyyatları və nəticədə bu regionda baş verən qeyri-müəyyənliyi və humanitar böhranı nəzərə alaraq, biz Rusiyada planlaşdırdığımız teatr buraxılışlarımızı dayandıracağıq."