Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
8 günlük missiya 9 aya çevrildi
"Boeing"in "Starliner" kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndərilən astronavtlar, texniki nasazlıq səbəbindən 8 günlük planlaşdırılan missiyanı artıq 7 aydır davam etdirirlər. Bu gecikmə ilə birlikdə astronavtlar ISS-də ümumilikdə 9 ay qalmalı olacaqlar. "NASA" astronavtların fevral ayında "SpaceX"in "Dragon" kapsulu ilə Yerə qaytarılacağını açıqlasa da, missiya mart ayına qədər təxirə salınıb.
"Apple" liderliyi "Huawei"yə verdi!
"Huawei" 2023-cü ilin ilk üç rübündə 23,6 milyon ağıllı saat satışı ilə "Apple"ı geridə qoyaraq lider olub. IDC-nin hesabatına görə, "Huawei" illik satışlarını 44,3 % artıraraq bazar payını 16,9 %-ə çatdırıb. "Apple" isə 22,5 milyon satış və 16,2 % bazar payı ilə ikinci sıraya düşüb. "Huawei"nin "GT5" və "GT5 Pro" kimi modelləri, eləcə də sağlamlıq funksiyaları ilə seçilən "Watch D2" cihazları şirkətin populyarlığını artırıb. Bununla belə, "Apple" ümumi satışlarda liderliyini qorumağa davam edir.
"Yandex" Türkiyəyə özəl axtarış sistemini təqdim edib
"Yandex" Türkiyə üçün xüsusi olaraq hazırladığı süni intellekt dəstəklı axtarış sistemi "Yazeka"nı təqdim edib. "Yazeka" mürəkkəb sorğulara sürətli, dəqiq və ətraflı cavablar verərək istifadəçilərin axtarış təcrübəsini ən yaxşı formada dəyişdirməyi hədəfləyir.
"Honda" CES 2025-də “0 Series”i təqdim edəcək
"Honda" gələn ayın əvvəlində başlayacaq “CES 2025” tədbirində “0 Series” adlandırdığı iki elektrikli avtomobili təqdim edəcəyini açıqlayıb. Şirkət “Saloon” və “Space-Hub” modellərini əhatə edən bu seriyanın prototiplərinə dair yeni görüntülər paylaşıb.
"Instagram"a Yeni ilə özəl funksiya gəlib!
"Instagram" 2024-cü ilin unudulmaz anlarını bölüşmək üçün istifadəçilərə yeni bir funksiya təqdim edib. İstifadəçilər yanvarın ilk həftəsinə qədər mövcud olacaq bu funksiya vasitəsilə ilin ən gözəl fotolarını kollaj şəklində "Story"də paylaşa bilərlər.