B

əli, Noyabrın 8-də Azərbaycanın “Qələbə günü”ndə ikinci Felis Azərbaycan reklam mükafatları öz sahiblərini tapdı. Əvvəla, gecə-gündüz çalışan bütün yaradıcı ağılları, reklam agentliklərini və brend komandaları təbrik edirəm. "Endorphin" reklam agentliyini də xüsusi təbrik edirəm. Bütün bölgələrdə səs-küy yaradan "Qızlara Ağ Yaraşır" layihəsi ilə böyük mükafatı qazanmaları heç də sürpriz olmadı. Well deserved!

Felis Azərbaycan Mükafatları — Əsas səhifə

Felis-də mükafat almaq elə də asan iş deyil…

Layihə fikrinin çox yaradıcı olması, böyük büdcələrin ayrılması və ya YouTube-a pul xərcləyərək videonun milyonlarla izlənməsinə nail olmaq sizə mükafat qazandırmağa tam zəmanət vermir. Qiymətləndirən əsas element: layihənin təsiri və nəticələridir! Layihə məhsulun bazardakı satışını artırdımı, yoxsa diqqət çəkilən sosial problemə bir çarə oldumu…

Bəs Türkiyədə 19 ildir keçirilən və əslində sektora istiqamət verdiyini deyə biləcəyimiz, böyük təsir gücünə malik Felis, Azərbaycan reklamçılıq sektoruna nələr qazandırıb və ya qazandırırmı?

Prosesə nəzər salmaq istərdim:

Azərbaycan üçün 7 əsas kateqoriya var idi: https://awards-azerbaijan.s3.eu-central-1.amazonaws.com/common/document/Felis_Azərbaycan-Kitabça_2024.pdf

Təbii ki, sektorun həcminə baxdıqda onu Türkiyə ilə müqayisə etmək düzgün olmaz, ona görə də kateqoriyalar çox azdır.

Advertising Campaigns Design & Branding Digital & Mobile Film Film Craft Media Outdoor

Münsiflər heyətinə baxdıqda isə bunu əsl "Çempionlar Liqası" adlandırmaq olar: Azərbaycanın ən böyük markalarının marketinq direktorlarından tutmuş, sektorun yaradıcı adlarına qədər hər kəs var. :) İşinin peşəkarı olan bu qədər mütəxəssisi bir araya gətirib bu prosesə cəlb etmək isə ayrıca bir bacarıq tələb edir.

Münsiflər heyəti: https://felisazerbaijan.com/jury

Felis Azərbaycan reklam sektoruna nə qazandırır?

  • Həyəcan və rəqabət. Yerli mühitdə istədiyimiz qədər hiss olunmasa da, bu həyəcanın və rəqabətin iş görmə həvəsini artırdığı açıqdır. Brend və agentlik komandalarının Felis-i almaqdan necə qürur duyduqlarını “Instagram” hekayələrindən aydın şəkildə görə bildik. :)
  • Case Study video təcrübəsi. Müraciətlərin "strategiyasını yazmaq" və "case" videosunu hazırlamaq həqiqətən təcrübə və zəhmət tələb edən bir prosesdir. Hətta işin intensivliyinə görə əlavə büdcə ayrılaraq, videoların kənardan hazırlanması da qaçınılmaz olur.

Araya bir sual əlavə etmək istərdim!

Markaların marketinq komandaları "case videoları" və Felis iştirak haqqı üçün büdcə ayırırmı? Əgər ayırmırlarsa, bunu buradan da qeyd etmək lazımdır: həm iştirak haqları, həm də agentliklərin case video xərclərinə büdcə dəstəyi verməlidirlər.

  • Jüri təcrübəsi: Seçim prosesinin jürilər üçün də böyük bir təcrübə olduğunu düşünürəm. Siyahıda mövqe və iş baxımından ən yüksək səviyyəli peşəkarlar olsa da, açığı, "işi qiymətləndirmək, obyektiv şəkildə bal vermək, rəy bildirərək töhfə vermək" tamamilə fərqli bir prosesdir.
  • Brandweek həftəsi: Felis mükafat mərasimi Brandweek çərçivəsində həyata keçdiyi üçün Türkiyəyə gedən komandalar sessiyalarda da iştirak edə bildilər. Brandweek-i təcrübə etmək, şəbəkə qurmaq, sessiyaları dinləmək mütləq yeni fikirlər qazandırır.
  • Portfolio: Həm marka, həm də agentlik komandaları mükafat qazanan işlərini portfellərinə qürurla əlavə edə bilərlər. Yerli səviyyədə yaradıcıları təltif edən və mükafatlandıran bir festival və ya mükafat mərasimi olmadığı üçün CV-də bir Felis toxunuşu karyera baxımından çox önəmlidir.

Tam anlamadığım məqamlar:

Bu qədər iş-güc arasında Azərbaycandan Türkiyəyə getmək o qədər də asan deyil, bunu açıq şəkildə demək lazımdır. Fikrimcə, müraciət haqları, "case" video xərcləri ilə yanaşı, uçuş bileti və otel üçün ayrılan büdcə də ümumi baxanda nəzərə alınmayacaq kimi deyil. Əgər mükafat mərasimi Bakıda keçirilsəydi, bütün sektor işçiləri həyəcanla iştirak edər və mükafatlarını alardılar. Üstəlik, bu bəhanə ilə sektor bir araya gəlmiş olardı. Young Lions-ın nə qədər əyləncəli olduğunu yəqin ki, hamı bilir.

  • Bu il gümüş və bürünc mükafatlar yox idi. Niyə görəsən? Fikrimcə, bu komandalar üçün motivasiyanı və mükafatlandırma mərasiminə iştirak sayını çox azaldır. Açığı, ikinci olub səhnədə layihəmin səslənməsini istəyərdim.
  • İştirak haqqı avro üzərindən idi (niyə dollarla deyil?) və Türkiyə ilə eynidir. Bəlkə də, iştirak sayını artırmaq üçün bir az daha uyğun qiymətli ola bilərdi.

Təbii ki, bütün prosesə baxıldıqda, Azərbaycanda yeni addımlar atan, inkişaf edən və öyrənən reklamçılıq sektoru üçün çox dəyərlidir.

Bu işlərə fokuslanan bir yazı olmasa da, bu il iştirak daha çoxdur, amma, təbii ki "Quality over quantity’’.

Mənim üçün fərqlənən iki iş var;

  • AZAL Safety Video: AZAL ilə uçan dost və tanışlarımdan belə filmin nə qədər keyfiyyətli və təsirli olduğunu dəfələrlə eşitmişəm. Marketinq və Baku Media Center komandasının əllərinə sağlıq.
  • Türkiyə üçün bir ürək olaq: Təbii ki, Kapital Bankın və Qırmızı Ürəklər Fondunun mənim üçün ayrıca bir yeri var. 2023-cü ildə Hatay zəlzələsindən sonra Azərbaycanın bizə nə qədər dəstək olduğunu deməyə ehtiyac yoxdur. Bu layihə də çox özəl idi, bir daha təbrik edirəm.
@kapitalbank Cümhuriyyətimizin 106-cı ildönümü münasibətilə xüsusi filter hazırlamışıq 🇦🇿 Siz də öz şəklinizi çəkin və bu filterdən istifadə edərək cümhuriyyət dövrünə səyahət edin! #KapitalBank #Cümhuriyyətinİzi #106İlÜzərimizdə #fyp #fy #kəşfet #keşfet #filter #retro #28may #Cumhuriyyet ♬ Üzeyir Hacıbəyov Arazbarı - 𝐂𝐥𝐚𝐬𝐬𝐢𝐜𝐚𝐥 𝐌𝐮𝐬𝐢𝐜

Felis komandasına da ayrıca təşəkkür edirəm və ən qısa zamanda Azərbaycanda gözləyirik.

Amma səmimi olaraq soruşuram: Niyə yerli bir mükafatlandırma mərasimi olmasın ki? 😉

Mükafat qazanan bütün işlərə bu linkdən baxa bilərsiniz: https://s3.eu-central-1.amazonaws.com/awards-azerbaijan/common/612df03e-e73e-4aec-a151-0adf91795a16.pdf

Müəllif: Alican Arkun
Posted 
Nov 18, 2024
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All