Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"SongeBob" "Fortnite"a gəlir
"SpongeBob" "Fortnite" oyununa 4 yeni oyun təcrübəsi ilə daxil olur. Bu yeni əməkdaşlıq çərçivəsində oyunçular sevimli personajlarla maraqlı və rəngarəng macəralar yaşayacaqlar. Oyunçular müxtəlif xəritələr və mini oyunlarda "SpongeBob" kainatını kəşf edərək rəqabət apara biləcəklər.
Youtuber-lar üçün yeni funksiya!
"YouTube" kontent yaradıcılarına videolarının AI modellərinin təlimində istifadə olunmasına nəzarət imkanı verəcək yeni funksiyanı təqdim edib. Belə ki, kontent yaradıcıları "YouTube Studio" vasitəsilə 18 böyük şirkətin, o cümlədən "OpenAI", "Amazon" və "Apple" kimi texnologiya nəhənglərinin siyahısına baxaraq, onlara icazə verib-verməmək qərarını özləri seçə biləcəklər. Eyni zamanda, "Bütün üçüncü tərəf şirkətlər" seçimini seçməklə, istənilən şirkətin kontentdən istifadə etməsinə ümumi icazə vermək də mümkün olacaq. "YouTube" bildirib ki, kontent yaradıcıları istənilən vaxt bu ayarları dəyişə və öz seçimlərini tam nəzarətdə saxlaya biləcəklər.
"Snapchat" məzmun yaradıcılarına yeni qazanc imkanı təqdim edir
"Snapchat" məzmun yaradıcılarının platformada qazanc əldə etməsi üçün yeni proqramını təqdim edib. Bu proqram çərçivəsində istifadəçilər həm "Spotlight", həm də "Hekayələr" vasitəsilə reklam göstərərək gəlir qazana biləcəklər. Proqrama qoşulmaq üçün yaradıcıların ən az 50,000 izləyicisi, ayda 25 məzmun paylaşması və son 28 gündə aktiv olması tələb olunur.
"Google" "Sora"ya rəqib alətini təqdim etdi!
"Google DeepMind" yüksək keyfiyyətli video istehsalını yeni səviyyəyə qaldıran "Veo 2" adlı süni intellekt modelini təqdim edib. Yeni alət 4K (4096 x 2160 piksel) və iki dəqiqədən uzun videolar yarada bilir və daha real işıq effektləri ilə diqqət çəkir. "Google" bu texnologiyanı ilkin olaraq məhdud sahələrdə sınaqdan keçirəcək və uğurlu nəticələrdən sonra geniş miqyaslı istifadəyə təqdim edəcək.
"Elden Ring: Nightreign" 2025-də gəlir!
"FromSoftware" studiyası yeni "Elden Ring: Nightreign" oyununu rəsmi olaraq elan etdi. "Battle royale" üslubunda kooperativ macəra təqdim edəcək oyun, 2025-ci ildə oyunçularla görüşəcək. "PlayStation 5" istifadəçiləri üçün ilk testlər 10 yanvar 2025 tarixində başlayacaq və erkən sınaq imkanı təqdim olunacaq.