B

aşda “Facebook” və “HP” olmaqla bir çox şirkət VR və AR texnologiyaları üçün işlərini sürətləndirib. “TikTok”a məxsus olan şirkət “ByteDance” istifadəçilərin qarşısına “Pico” adlı VR eynək ilə çıxacaq.

2015-ci ildə qurulan “Pico” virtual reallıq texnologiyaları üzərində işləyir.  Uzaqdan işləmə, əyləncə sistemi və sağlamlıq sektorunda VR xidmətlərini aktiv şəkildə təqdim edən “Pico” geniş məhsul çeşidinə malikdir.  “ByteDance” 2022-ci ilin martında virtual reallıq bazarına daxil olmaq üçün “Pico”nu aldığını elan etmişdi

“Pico”nun yeni VR eynəyi üçün tarix təyin edildi

"LinkedIn"də açıqlama verən komanda, yeni VR eynəyin təqdimat tarixini Bakı vaxtı ilə 22 oktyabr, 17:00 olaraq təyin etdi. Şirkətin paylaşımı, “Gözlədiyiniz an gəldi!  Sizin üçün hazırladığımızı göstərmək üçün səbirsizlənirik.  22 Sentyabr 2022, 17:00-da bizi izləmədə qalın ”.

Hazırlanmış VR eynəyin “Pico 4” və ya “Pico Phoenix” adlanacağı təxmin edilir.  Bununla belə, yeni modeldə üz və göz izləmə sistemindən istifadə olunacaq.

Hazırlanmış model linzalarını avtomatik IPD-ni (göz bəbəkləri arası məsafəni) tənzimləyə biləcək. Cihaz “Qualcomm” şirkətinin istehsal etdiyi prosessorla təchiz ediləcək.  Əməliyyat sistemi olaraq da “Android Q”nun olacağı məlumdur.

Bəs sizcə, VR və AR texnologiyaları gözləntiləri doğruldacaq?

Posted 
Sep 17, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All