#CodeForFuture təqaüd proqramının rəqəmləri nə qədər uğurlu olduğunun göstəricisidir!

codeforfuture - Gələcəyin ixtisaslarına yiyələn!

Code For Future (CFF), Azərbaycanın texnologiya sahəsində savadlı, bilikli və bacarıqlı gənclərini bir araya gətirmək məqsədilə yaradılıb. Layihənin əsas məqsədi müxtəlif sahələrdə təhsil alan tələbələrə və mütəxəssislərə proqramlaşdırma, rəqəmsal dizayn və digər texniki bacarıqlar üzrə imkanlar yaratmaqdır.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın həyata keçirdiyi təhlillər nəticəsində CFF (Code for Future) tədris proqramının uğuru statistik göstəricilər vasitəsilə təsdiq edilib. Bu proqramların nəticələri təhsil və məşğulluq arasında əlaqəni daha aydın şəkildə nümayiş etdirir.

Sorğu nəticələrinə əsasən, CFF məzunlarının 7.5 %-inin müəllim, təlimçi və mentor kimi vəzifələrdə çalışdığı məlum olub. Bu göstərici layihənin yalnız fərdi inkişafla kifayətlənməyərək, gənclər arasında bilik və təcrübə paylaşımını təşviq etdiyini göstərir!

Məzunların əldə etdikləri bilikləri digər gənclərə ötürməsi, İT sahəsində peşəkar icmanın güclənməsinə və daha çox gəncin bu sahəyə cəlb edilməsinə mühüm töhfə verir. Bu, yalnız fərdlərin deyil, ümumi İT sektorunun inkişafı baxımından çpx əhəmiyyətlidir.

Tədqiqatın əsas nəticələri

CFF tədris proqramının uğuru bir neçə statistik göstəricidə öz əksini tapır:

Tədris istiqamətləri üzrə məşğulluq:
Proqramlaşdırma:

  • Məşğuldur: 380 nəfər

Proqramlaşdırma (veb):

  • Məşğuldur: 61 nəfər

Sistem və Şəbəkə:

  • Məşğuldur: 130 nəfər

IT Helpdesk:

  • Məşğuldur: 91 nəfər

AutoCAD & Solidworks:

  • Məşğuldur: 259 nəfər

Ümumi respondent sayı: 1014 nəfər

Universitet məzunlarının məşğulluq səviyyəsi:

  • 83 %: İşləyir
  • 4 %: Hərbi xidmətdədir

Məzunların sayı: 618 nəfər

Ümumi məşğulluq növü:

  • İşləyir:
    Rəsmi və ya frilans olaraq çalışan: 510 nəfər (55 %)
  • Tələbədir:
    Təhsilini davam etdirən: 396 nəfər (42 %)
  • Hərbi xidmətdədir:
    Hazırda hərbi xidmət göstərən: 28 nəfər (3 %)

Ümumi respondent sayı: 934 nəfər

CFF təqaüd proqramı Azərbaycanın gələcək peşəkarlarının formalaşmasında mühüm rol oynayır. Bu layihə, gənclərin texnologiya və innovasiya sahəsində qabaqcıl biliklər əldə etməsinə şərait yaradır. Həmçinin, proqram iştirakçıları sertifikatlar əldə edərək gələcək karyeralarında daha möhkəm təməl yaradırlar.

Nəticələr onu göstərir ki, CFF proqramı müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlar təqdim edərək məzunlarının rəqabət qabiliyyətini artırıb. Yüksək məşğulluq göstəriciləri və iştirakçıların razılığı, CFF proqramının gələcəkdə daha geniş auditoriyaya çatacağına və daha çox gəncin texnologiya sahəsinə inteqrasiyasına dəstək olacağına işarə edir.

Posted 
Dec 7, 2024
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All