E

lektron ticarət platformalarından biri olan Trendyol, Tarkan ilə uzun müddətli əməkdaşlıq imzaladı.

İlk addımın reklam filmi ilə atılacağı bu ortaqlığın davamında, sosial yöndən faydalı layihələrin də həyata keçirilməsi planlaşdırılır. Tarkan, daha öncə sosial mediada paylaşdığı məşhur videosu ilə eyni konseptdə yeni bir yazı yazaraq Trendyol ilə əməkdaşlığını təsdiqlədi.

Tarkan əməkdaşlıqları haqqında belə dedi:

“Trendyol yaxından izlədiyim və sevdiyim bir markadır. Eyni zamanda Türkiyənin ən populyar və bu sektorun ən uğurlu markasıdır. Bu torpaqlarda yetişən və qısa müddətdə xaricə yayılan həyəcanverici bir uğur hekayəsi var. Həm də böyüdükcə ölkəsinə faydalı olmağa çalışan, yüksək sosial məsuliyyətə malik bir marka olduğuna görə də mənim üçün önəmlidir və bunu yüksək qiymətləndirirəm. Qadınların cəmiyyətdəki yerini gücləndirməsindən tutmuş sənətə qədər ölkəmizdə hər sahədə müsbət təsir yaradır. Yollarımızın bu nöqtələrdə kəsişməsi səbəbi ilə həyəcanlıyam, çünki bu əməkdaşlıqla bütün Türkiyənin qəlbinə toxunacağımızı bilirəm ”.
Posted 
Oct 20, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All