Bundan əvvəlki yazımızda "Super Bowl" nədir?" və həmin gün orda nələr olur haqda yazı yazmışdıq. Bu gündə böyük şirkətlər çox yüksək büdcəli reklam çarxları hazırlayıb, yarış fasiləsində izləyicilərə təqdim edir.

2022-ci ildə keçirilən "Super Bowl" yarışının yaddaqalan ən maraqlı 5 reklamını sizlərə təqdim etmək istəyirik.

Nəzərənizə çatdırmaq da istəyirik ki, burada heç bir reklam hansısa nəticəyə görə dəyərləndirilməyib və qarışıq şəkildə sıralanıb.

1) Coinbase

İlk reklamımız aralarından ən fərqlisi olan, hansısa tanınmış simanın iştirak etmədiyi, hansısa video effektlərin olmadığı ən sadə amma bir o qədər də uğurlu reklamdır.

Kriptovalyuta mübadiləsi platforması olan "Coinbase" şirkətinə məxsus olan bu reklamda gözləmə rejimində olan "DVD" cihazlarının sonsuz davam edən səhnəsini görürük.

Saytının xüsusi kampaniyalı "QR" kodunun tam küncə dəydiyi anda musiqinin ritmi artır və reklam çarxı bitir.

Bundan əlavə, reklam hər nə qədər sadə görünsə də, şirkətin bunun üçün 14 milyon dollara yaxın büdcə ayırdığı deyilir.

2)What’s Gotten into Lindsay?

Reklamda Lindsayin hər yerdə produktiv, effektiv olduğu görürük. Və "Lindsayin içinə nə girib belə?" sualı altında Lindsayin sirrini çözməyə çalışırıq. Sonra idman salonundan çıxam qəhrəmanımızın sirrinin bu idman salonu olduğunu anlayırıq.

3)Sally's Seashells

Ən favorit reklamlarımdan biri olan "Sally's Seashells" reklamında balıqqulağı biznesi ilə məşğul olan, lakin satış edə bilməyən Emmi mükafatçısı Zendayanı görürük. Sayt açmaq üçün "SquareSpace"dən istifadə edir və beləcə biznesində çox böyük uğurlar qazanır.

4)General Motors - "Dr.EV-il"

Elektrik avtomobillərinin istehsalını artıraraq, istixana effektini azaltmaq və beləliklə ekologiyanı da daha təmiz saxlamağı hədəfləyən "General Motors" firması Super Bowl üçün belə bir reklam çarxı hazırlayıb. Dr.EV-il dünyanı məhv etməmişdən, onu qurtarmağı sonra isə məhv etməyi planlayır.

5)Golden Memories

"Lay's"in təqdim etdiyi bu reklam çarxında iki dost evlilikdən bir neçə dəqiqə əvvəl öz "qızıl" xatirələrini yada salırlar. Və hər xatirədə də bizi "Lay's" qarşılayır.

Posted 
Feb 21, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All