013-cü ildən davamlı olaraq keçirilən Milli Marketinq Forumu şirkətlərimizin illik marketinq aktivlikləri və təcrübələrinin paylaşıldığı ən böyük biznes tədbiridir.
Forumun məqsədi:
Azərbaycanda Marketinqin inkişafına təkan vermək, bu sahədə yerli kadrların dahada təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir. Bu baxımda Marketoloqların Forumunun keçirilməsində əsas məqsəd yerli marketoloqların bazarda olan yeni tendensiyalarının müzakirə edilməsi və ümumi marketinqə olan baxışını müsbət istiqamətdə dəyişməkdir. Bu müzakirə əsasında ölkə Marketoloqları daha sistemli şəkildə bilik mübadiləsini həyata keçirəcək, uğurlu keyslərlə tanış olmaq və milli marketinq bazarında olan yeniliklərdən xəbərdar olacaqlar.
Tədbirin konsepsiyası:
Forumun keçirilməsində əsas konsepsiya kimi, inkişaf etmiş ölkələrdə geniş tətbiq edilən Experiental Learning konsepsiyasında istifadə edilir. Bu konsepsiyası biznes-eventlər keçirilməsi üçün hazırlanmışdır. Bunun əsasında iştirakçılar yalnız yeni tendensiyalarla tanış olmaq deyil, həmçinin qarşılıqlı əlaqələr qurmaq üçün əvəzsizdir. Formatın məğzində diskusiyalı ünsiyyət forması, problemlərin həllində qarşılıqlı köməklik, ümumi praktik müzakirələrdə qeyri-formal mühit dayanır.
Proqramın tərtibatı:
Forumun mövzusu milli marketinqdə olan trendlər barədə olduğu üçün müzakirələr konkret olaraq sözü gedən sualları özündə daşıyır. Proqramda milli marketinqin butün sahələri əhatəsi, yerli şirkətlərdə marketinqin aktual məsələri müzakirə ediləcəkdir.
Spiker seçilməsi prinsipləri:
Hər bir spiker forum təşkilatçıları tərəfindən ciddi nəzarətlə seçilir. Ekspertlər yalnız praktik adamlar deyil, həmçinin Marketinq sahəsində ciddi nəzəri biliklərə malik olmalıdır. Bu baxımdan spikerlərimiz ölkənin aparıcı şirkətlərində yüksək vəzifələrdə işləyən və Marketinq funksiyasına nəzarət edən şəxslər olacaqdır.
Maksimum fayda:
Tədbirin keçirilməsi prosesində təşkilatçılar hər bir iştirakçı üçün maksium faydalı olmasına çalışırlar. Bu baxımdan forumda ölkə marketoloqları arasında dost atmosferin yaradılması, suallara qarşılıqlı cavablar, problemlərin müştərək həlli kimi incəliklərə fikir veriləcək. Tədbirdə marketoloqların bir-biri ilə tanışlığı, qeyri-formal münasibətlərin qurulması ilə yanaşı, gənclərlə professional marketoloqların təması təşviq ediləcəkdir.
Forumun keçirilmə vaxtı və yeri:
Forum 10-11 İyun 2022-ci ildə Baku Marriott Hotel Boulevar-da keçiriləcəkdir. Forumda iştirak biletlə mümkündür. Forum 2 gün səhər 09:00 — 19:00 arası günboyu davam edəcəkdir.
Daha ətraflı məlumat üçün http://millimarketinqforumu.az