Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Windows 11 menyusu tezliklə iPhone-a bənzəyəcək!

Windows 11-in son beta versiyasında "Start" menyusunun dəyişdiyi müşahidə olunub. Belə ki, “Microsoft” bu yenilik ilə birgə iOS və iPadOS-da mövcud olan kateqoriyalı görünüşə keçə bilər. "Start" menyusundakı bu dəyişiklik proqramları qruplara bölməyə imkan verəcək. Windows 11-də "Start" menyusu cihazda quraşdırılmış bütün proqramları əlifba sırası ilə göstərir. Bununla belə, 22635.3930 -u quraşdıran istifadəçilər proqramları qruplaşdıra biləcəklər.

"Apple Watch" qadağasında yeni inkişaf!

Masimo engineer asked Tim Cook to work on Apple Watch

Ötən aylarda "Apple" "Masimo" arasında patent problemi yaşanmışdı. "Apple" şirkəti "Masimo" tərəfindən alınan "pulse oximeter" funksiyasından icazəsiz istifadə etdiyi üçün ittiham olunurdu. Daha sonra məsələ ABŞ-nin yerli məhkəməsinə çıxarıldı və "Apple Watch" məhsullarına idxal qadağası qoyuldu.

Bununla birlikdə, "Apple Watch" satışları davam edə biləcək.

ABŞ-də "Apple Watch"un oksigen səviyyəsini ölçmə xüsusiyyəti qadağan olunub. Bu qadağa "Apple Watch Series 9", "Apple Watch Ultra 2" və tezliklə təqdim olunacaq yeni modelləri əhatə edir. Bu şərtlə birlikdə "Apple Watch" satışları davam edə bilər.

EA FC 25 gəlir! "Cover" ulduzu kim olacaq?

EA SPORTS tərəfindən buraxılan “EA FC” seriyası ikinci oyunu ilə yenidən gündəmdədir. Sızıntı məlumatlar yeni oyunun "cover" ulduzunu ortaya çıxarıb. İddialara görə, “EA FC 25”in üz qabığını bəzəyəcək oyunçu Jude Bellingham olacaq. "Cover" ulduzunun kim olacağı ilə bağlı rəsmi açıqlamanın yaxın həftələrdə ediləcəyi gözlənilir.

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 20 %-ə yaxın artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 20%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 9,3 milyon ton yük, 3 milyon 849,8 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % və 19,2 % artım deməkdir. 6 ay ərzində sutkada orta hesabla 373 vaqon yüklənib, 426 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 3,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

"Nothing" telefonu 3 saatda satış rekordu qırdı!

Nothing brings modularity to budget smartphones with CMF Phone 1

Keçən həftə "CMF by Nothing" markasının təqdim etdiyi "CMF Phone 1" modeli satış rekordu qırıb. Model satışa çıxdıqdan sonra cəmi üç saat ərzində 100 mindən çox satmağı bacarıb.

Posted 
Jul 15, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All