Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Toyota" dünyanın ilk hidrogenlə işləyən pizza sobasını istehsal edib
"Toyota" hidrogenlə işləyən pizza sobası hazırlayıb. Hidrogenin yüksək yanma temperaturu oksigenlə birləşərək buxar əmələ gətirir. Bu isə pizzanı daha yumşaq və dadlı edir. Qeyd edək ki, hidrogenlə işləyən bu cihaz eksperimental xarakterlidir. Onun bazara çıxıb-çıxmayacağı hələlik bəlli deyil.
"BMW"nin yeni elektrik avtomobili görüntülənib
"BMW"nin üzərində işlədiyi bu yeni ikiqapılı kupe tipli elektrikli avtomobilin bucaq dizaynı markanın ən ikonik modellərindən biri olan M1-ə bənzəyir. Onun əvvəlki "Neue Klasse" nəqliyyat vasitələrinin üslubunu daşıdığını, həmçinin özünəməxsus detallara sahib olduğunu görə bilərik.
"Samsung" "WhatsApp" zənglərinə canlı tərcümə funksiyası gətirəcək
"Samsung" tezliklə "Galaxy AI" süni intellekt xüsusiyyətlərinə çox faydalı bir yenilik əlavə edə bilər. İddialara görə, zənglər zamanı real vaxtda tərcümə edən "Live Translation" funksiyası "WhatsApp" zənglərinə inteqrasiya olunacaq.
Qeyd edək ki, bu yeniliklə bağlı hələlik rəsmi bir açıqlama verilməyib. Bununla belə, "WhatsApp" inteqrasiyasının 10 iyulda keçiriləcək və yeni qatlana bilən telefonların təqdim ediləcəyi "Galaxy Unpacked"də elan ediləcəyi ehtimalı var.
"Samsung Galaxy Ring" qiyməti sızdırılıb
"Apple Intelligence" xüsusiyyətlərinin payızda gəlməsi gözlənilsə də, yeni "Siri"nin nə vaxt gələcəyi məlum deyildi. Mark Qurman bu mövzuda əldə etdiyi məlumatları "Power On" bülletenində qeyd edib.
10 iyul 2024-cü ildə "Samsung Galaxy Unpacked" tədbirində rəsmi olaraq təqdim olunacaq "Samsung Galaxy Ring"in qiyməti uzun müddətdir maraqla gözlənilir. Fransa mərkəzli "Dealabs" tərəfindən sızdırılan məlumata görə, cihazın Avropada satış qiyməti 485 avro (891 manat) olacaq.
NASA-nın 378 günlük Mars simulyasiyası başa çatıb
NASA-nın "CHAPEA" adlı Mars missiyası tamamlandı. Kelly Haston, Anca Selariu, Ross Brockwell və Nathan Jones-un iştirak etdiyi bu təcrübə NASA-nın Marsa insan göndərmək üçün baş tutan hazırlıqların bir hissəsi olaraq həyata keçirilib. NASA könüllülərindən olan Anca Selariu mətbuat konfransında Marsa həyat gətirməyin "qəlbinə ən yaxın olan şey" olduğunu qeyd edib.
Könüllülər Mars missiyası əməliyyatlarını simulyasiya edərək, pomidor, bibər və göyərti də daxil olmaqla öz qidalarını yetişdirdilər. Onlar həmçinin Yerlə əlaqə qurmağın gecikməsi, məhdud resurslar və təcrid kimi real Mars şəraitində yaşayırdılar. Missiya Texasın Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində yerləşən üç oxşar missiyadan birincisidir.
NASA-nın 3D çap olunmuş bunkeri "Mars Dune Alpha" kimi tanınan 1700 kvadrat metrlik təcrid olunmuş struktur bu cür missiyalar üçün xüsusi olaraq hazırlanıb. Bu proqram ABŞ kosmik agentliyinə faktiki Mars missiyasına hazırlaşmağa kömək etmək məqsədi daşıyan ilk planlaşdırılmış proqramın sona çatdığını bildirir.