Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Microsoft" kiberhücuma məruz qaldığını açıqlayıb

Microsoft reports more than $1 billion in India revenue - The Economic Times

"Microsoft 365" və bir sıra "Azure" xidmətləri kiberhücum cəhdi nəticəsində sıradan çıxıb. DDoS hücumundan sonra qlobal miqyasda istifadəçilər bəzi xidmət və proqramlara daxil ola bilməyiblər.

Bütün bu problemlər investorlar tərəfində də narahatlıqları artırıb. İş o yerə çatıb ki, şirkət aprel-iyun aylarında daha böyük artımı hədəfləsə də, buna nail ola bilməyib. Bundan əlavə, şirkətin səhmləri çərşənbə axşamı ticarətin sonunda 2,7% ucuzlaşıb.

BP Azərbaycanda sosial layihələrə xərclərini 3 dəfə artırıb

BP Azerbaijan to redirect oil from Baku-Supsa pipeline to BTC in August |  Reuters

Bu ilin birinci yarısında BP şirkəti və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,5 milyon ABŞ dollarından artıq vəsait xərcləyiblər.

Bildirilib ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 milyon ABŞ dolları və ya 2 dəfə azdır.

Bu layihələrə hazırda davam edən 16 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə təxminən 0,9 milyon ABŞ dolları vəsait xərcləyib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,6 milyon ABŞ dolları və ya 3 dəfə çoxdur. Bu layihələrə hazırda davam edən 15 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 6 konfrans və seminara, yəni ümumilikdə 27 layihəyə dəstək fəaliyyəti daxildir.

"Meta" 2024-cü ilin ikinci rübü üçün maliyyə hesabatlarını paylaşıb

Meta Platforms Inc's Stellar Financial Comeback: Eyeing the Trillion-Dollar  Club

2024-cü ilin ikinci rübünün maliyyə hesabatlarına görə, "Meta" gəlirlərini 22 % artıraraq 39,07 milyard dollara çatdırıb. Digər tərəfdən, şirkətin keçən ilin eyni dövründə gəlirləri təxminən 32 milyard dollar olub.

"Microsoft" şəffaf "Sky Cipher Xbox" kontrollerini təqdim etdi

microsoft-seffaf-sky-cipher-xbox-kontrolcusu

"Microsoft" tamamilə yeni "Xbox" kontrolleri olan "Sky Cipher Special Edition"ı təqdim etdi.  Şəffaf mavi dizaynı və metal detalları ilə təqdim olunan "Xbox Sky Cipher" kontrollerinin arxasındakı göy mavi rezin tutacaqlar oyunu möhkəm idarə etməyə imkan verir. Bundan əlavə, tutacaqların vibrasiya komponentləri oyun hərəkətlərinizə uyğun olaraq titrəyərək qarşılıqlı əlaqəni təmin edir.

Bundan əlavə, "Microsoft" bu nəzarətçinin ekoloji cəhətdən təmiz dizayna malik olduğunu bildirib. Eyni zamanda, yeni qablaşdırma həcmini 22 % çəkisini isə 21 % azaldıb.

"Qualcomm" maliyyə gəlirlərini açıqlayıb!

Arrow Electronics and Qualcomm Collaborate to Accelerate Edge and AI  Adoption

İyun ayında bitən rüb üçün "Qualcomm" 9,39 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. "Qualcomm" üçün ən vacib investisiyalardan biri smartfon çipidir. Bildirilib ki, çip satışları keçən ilə görə 12 % artaraq 5,9 milyard dollara çatıb. Şirkətin verdiyi məlumata əsasən, smartfonlara tələb bir neçə illik azalmadan sonra bərpa olunmağa başlayıb.

Posted 
Aug 1, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All