1

0 il işğal altında olan Vətən torpaqlarına qovuşmaq bütün Azərbaycan xalqına bayram hissləri yaşatdı. Ancaq bu sevinci daha da dərindən yaşayanlar var; evlərini, xatirələrini, uşaqlarını, bütün həyatlarını bir gecədə canlarını qurtarmaq üçün tərk edənlər. Qaçqın statusunu illərdir, çiyinlərində ağır bir yük kimi daşıyıblar. Evlərinin dağıdıldığını, məktəblərinin yandırıldığını və ailə böyüklərinin qəbir daşlarının söküldüyünü bildikləri halda yurd həsrətilə həyatlarını davam etdirməyə çalışdılar. Şübhəsiz ki, uzun həsrətdən sonra azad edilmiş torpaqlar barədə xəbəri ən çox onlar gözləyirdi. Nə xoş ki, artıq onlar qaçqın deyillər. Artıq qaçqın yoxdur!

Agentlik: FCB Art Group Baku

Posted 
Dec 21, 2020
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All