X

atırlayırsınızsa, İtaliyanın “ChatGPT” qadağası ilə bağlı xəbər paylaşmışdıq. Xatırlamaya da bilərsiniz, lakin istəsəniz buradan həmin xəbərlə tanış olmaq olar. Sözümüz odur ki, İtaliyanın olduqca təəccüblü “ChatGPT” qadağası ilə bağlı həm yeni, həm də əhəmiyyətli bir xəbər var. Hələ çox təfərrüat yoxdur, amma “OpeaAI” İtaliyaya qismən də olsa, geri dönüş edib. Beləliklə, “OpenAI” rəsmi saytında “ChatGPT”nin işləməsi üçün tələb olunan məlumatların emalı prosesini, həmçinin məlumat sahiblərinə verilən hüquqları izah edən təlimat hazırlayaraq, may ayına qədər yaş yoxlama sistemini tətbiq edəcəkləri nüansını vurğulamaqla rəsmi saytda yayımladı. Bundan əlavə, İtaliya hökuməti radio, TV, qəzet və internet vasitəsilə ondan məlumat toplama üsulları və İtaliya vətəndaşlarının şəxsi məlumatlarının şirkətin alqoritmlərini öyrətmək üçün necə istifadə ediləcəyi ilə bağlı reklam kampaniyası aparmasını istəmişdi. “OpenAI”ın icraçı direktoru Sam Altmanın bu barədə bir tviti də var: “Ölkədə bütün məxfilik qanunlarına əməl etdiyimizi düşünürük. Əlbəttə ki, İtaliya hökumətinin qərarına hörmət edirik və buna görə də İtaliyada “ChatGPT”yə çıxışı dayandırmışıq. İtaliya mənim sevdiyim ölkələrdən biridir və mən oraya tezliklə yenidən səfər etməyi səbirsizliklə gözləyirəm!”.

Posted 
Apr 29, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All