H

einz ketçupun Kanadadakı agentliyi Rethink, əsasən ketçupla birgə yeyilən yeməkləri ‘‘Heinz’’in ikonik loqosuna çevirdi.

Markanın sloqanı ‘It has to be’ ilə birlikdə istifadə edilən loqoya çevirdikləri hamburger, kartof qızartması və sosisli sandviçlər hazırda Kanadanın hər yerində açıq havada və mediada yayımlanır. Amma daha sonra bu layihənin Amerikada, hətta digər ölkələrdə də istifadə edilməsi planlanır.

‘‘Heinz’’in qeydə alınmış ticarət nişanı, ‘’keystone‘’u simvolizə edən loqosu markanın yarandığı yer olan Pensilvaniyanı xatırladır. Çünki Pensilvaniya əyalətinin ləqəbi ‘‘keystone’’dur. KraftHeinz marka yaradıcısı və innovasiya direktoru

Daniel Gotlib kampaniyayla əlaqədar deyir: Bu ilin başlanğıcında başlatdığımız “Draw Ketchup” adlı reklam kampaniyamızda, istifadəçilərdən ketçup şəkli çəkməklərini istədik. Nəticələrdən gördüyümüz isə istifadəçilərin ikonik Heinz qablaşdırmasını çəkməsi idi. Bu nəticədən sonra yeni kampaniya fikrimiz ərsəyə gəldi.

Daha öncəki bütün yaradıcı işlərində sloqanıyla birgə mütləq ikonik qabını da istifadə edən marka bu fikir ilə marka adını da göstərməmiş oldu. Sadəcə sloqanı və loqoya çevirdikləri yeməklərdən ibarət bu cəsur fikir bir öncəki “Draw Ketchup” kampaniyasının təsiri ilə həyata keçdi.

Heinz Ketçup Loqosu Yeməklərə Çevrildi
Heinz Ketçup Loqosu Yeməklərə Çevrildi
Heinz Ketçup Loqosu Yeməklərə Çevrildi
Posted 
Apr 21, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All