G

eoffrey Hinton 75 yaşında “Google”dakı vəzifəsindən istefa verib. Hinton “BBC”yə müsahibəsində bunları deyib: “Mən indi təhlükələrin nələrdən ibarət ola biləcəyi barəsində rahat danışa bilərəm”.
Böyük Britaniya
Kanada vətəndaşı olan alim deyir ki, günümüzdə söz-söhbətə səbəb olan söhbət botları insan beyninin informasiya tutumunu qat-qat üstələyəcək gücdədir. Hinton dərin öyrənmə və süni neyron şəbəkələri araşdırmalarında süni intellektin indiki nöqtəsinə çatmasında əvəzsiz rola sahibdir. 

AI 'godfather' Geoffrey Hinton warns of dangers as he quits Google | RNZ  News

“ChatGPT” kimi qabaqcıl sistemlərin təqdim etdiyi imkanlar haqqında Hinton bunları deyib: “Hazırda GPT-4 sahib olduğu ümumi məlumatın miqdarına görə insanı çox geridə qoya bilər. Düşüncə baxımından onlar eyni dərəcədə yaxşı deyillər, lakin sadə əsaslandırmalar apara bilirlər.
Hinton “New York Times” üçün yazdığı məqalədə “pis insanların” süni intellektlə “pis işlər” edə biləcəyini vurğulayır.
“Biz bioloji varlıqlarıq, bunlar isə rəqəmsal sistemlərdir. Rəqəmsal sistemlərlə ən böyük fərq, eyni ölçülərdən birdən çox nüsxə çıxara bilməyimizdir".
“Bütün bu nüsxələr fərqli şeylər öyrənə bilər və dərhal öz biliklərini bir-biriləri ilə paylaşa bilərlər. Bu o deməkdir ki, sizin əlinizin altında 10 min işçi var və onlardan biri nəyisə öyrəndiyi zaman, digərləri də bu məlumatı eyni anda əldə edir. Buna görə də bu söhbət botları hər hansı bir insandan daha çox məlumata yiyələnə bilir".

Posted 
May 2, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All