C

annes Lions Beynəlxalq Yaradıcılıq Festivalının 2021-ci ildə aqibəti necə olacaq?” sualının cavabı artıq 3-cü dəfə dəyişmiş oldu. “Cannes Lions” yanvar ayında festivalın üz-üzə baş tutacağını bildirsə də, keçirilən anket sorğusu nəticəsində İngiltərədən olan bir çox iştirakçının bu fikri isti qarşılamadığı məlum oldu. Təşkilatçılar daha sonra festivalın hibrid formatında olacağını açıqlamış və ötən günlərdə festivalın üz-üzə baş tutacağı düşüncəsi ilə təhlükəsizlik tədbirləri barədə məlumat vermişdi.

Dünən edilən açıqlamaya əsasən festival tamamilə onlayn formatda keçiriləcək.

Lions Prezidenti Filip Tomas mövzu ilə əlaqədar olaraq öz fikirlərini bildirib:

“Ötən ildən etibarən müştərilərlə qarşılıqlı müzakirə edərək planlarımız üzərində işləyirik. Bu planların arasında yeni Lions Abunəlik platformasının bir parçası olan “Cannes Lions Live”-ın inkişaf etdirilməsi də vardı. İyun ayında qlobal kütləni virtual olaraq birləşdirmək üçün tam olaraq bu formata keçə biləcəyik”.

“Cannes Lions Live” istəyə uyğun olaraq məzmun və təcrübələrlə birlikdə Lions-un qaliblərini də təqdim edəcək. Festivala qatılım may ayında başlayacaq “Lions Üzvlük” planına daxil ediləcək. İllik üzvlük haqqı 249 avro olmaqla bərabər, 30 yaşın altında olan şəxslər üçün üzvlük haqqının güzəştli olacağı bildirilir.

mənbə:

https://www.canneslions.com/about/news/cannes-lions-live

https://www.instagram.com/canneslions_aze/ *

Posted 
Apr 17, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All