andemiyayla birgə həm nağdsız ödənişlər, həm də “Digital Card”lar insanlar arasında geniş yayılmağa, istifadə edilməyə başlandı. Bu ərəfələrdə banklarda yaranan sıxlıq, ödənişlər zamanı istifadə edilən əskinasların virus, bakteriya daşıyıcısı olması insanları buna məcbur etdi deyə bilərik.
Bu dəfə “Bank Respublika” müştərilərinə yeni “Digital Card” məhsulunu təqdim etdi.
“Digital Card” - Bank Respublikanın Mobil Şöbə tətbiqetməsi üzərindən ani şəkildə aktivləşdirilən, mal və xidmətlərin dəyərinin İnternet və NFC xidməti vasitəsilə ödənilməsi üçün nəzərdə tutulan VISA kartıdır. Mobil şöbə tətbiqetməsini yükləyərək istifadəçilər banka getmədən, əlavə vaxt itirmədən bir toxunuşla və pulsuz olaraq Bank Respublikadan “Digital Card” əldə edə bilirlər.
Bu yeni kart tam olaraq rəqəmsal kartdır və fiziki plastik kart üzərində çap olunmur. Bundan əlavə kartı yaradarkən istifadəçi dizaynını özü kataloqdan seçə bilir. Kartın bir əlavə üstünlüyü də odur ki, aktiv olunandan dərhal sonra, onu NFC xidmətinə qoşaraq smartfon vasitəsilə ödəmələrdə də ondan istifadə etmək mümkündür.
Reklam çarxında baş qəhramanın banka gedərək yolda, banka çatdıqdan sonra növbə götürüb sırada gözləyərək, form dolduraraq, sənəd imzalayaraq əlavə zaman itirməsi əks etdirilir. Sırada gözlədiyi zaman isə anidən evdə “Digital Card” sifariş etdiyi ana keçid edilir. Və bütün əməliyyatları telefonu ilə həyata keçirərək kartını aktivləşdirir.
Agentlik: Black Brothers Group