Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Bakı hava limanında innovativ TDAS həlli tətbiq edilib

Hava Limanında Səyahət Sənədlərinin Avtorizasiya Sistemi həlli istifadəyə verilib. “TAV Technologies” tərəfindən hazırlanan yeni sistem sərnişinlərə minik talonlarını özləri skan etməklə uçuş öncəsi təhlükəsizlik baxışına daxil olmağa imkan verir. Bu sistem uçuş öncəsi rəsmiləşdirmə prosesini sadələşdirəcək və təhlükəsizliyi gücləndirərək növbələri azaldacaq. Bu sistem seçimlərdən və aviaşirkətlərin siyasətindən asılı olmayaraq istər kağız, istərsə də elektron minik talonlarını dəstəkləyir. Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi, müasir, rahat infrastrukturun yaradılması məqsədilə yeni texnologiya və innovasiyaların tətbiqini davam etdirir.

“Honor X50 GT”nin xüsusiyyətləri təqdimatdan əvvəl elan edilib

“Honor X50 GT” modeli şirkətin rəsmi saytında yer almağa başlayıb. Sayta nəzər saldıqda cihazın dörd fərqli variantda satılacağını söyləyə bilərik: 12 GB + 256 GB, 16 GB + 256 GB, 16 GB + 512 GB və 16 GB + 1 TB. Məhsulun 280-425 dollar arası qiymətə satılacağı iddia edilir. Buna baxmayaraq, smartfonun qiymət detalları hələlik dəqiq məlum deyil.

"Apple" öz cihazlarını daha ağıllı etmək üçün yeni addımlar atır

Yapay Zeka

"Apple" sənayedəki uğurunu bir addım daha irəli aparmaq üçün bəzi dəyişikliklər etməyə hazırlaşır. Gələcək cihazları "daha ağıllı" edəcəyini bildirən şirkət, daha güclü aparatlardan istifadə etməyi və insanlarla texnologiya arasındakı qarşılıqlı əlaqəni daha güclü etməyi hədəfləyir. "Apple"ın tədqiqat qrupu süni intellekti məhdudlaşdıran ən böyük amillərdən biri olan “yaddaş” məsələsini də müzakirə edib.

Kosmik təyyarə X-37B bu dəfə “Falcon Heavy” ilə havaya qalxıb

Gizli uzay uçağı X-37B büyük bir rekor ile döndü

Bu dəfə ABŞ Hərbi Hava Qüvvələrinin pilotsuz kosmik təyyarəsi X-37B "Falcon Heavy" ilə havaya qalxıb. X-37B kosmik təyyarəsi uzun müddətdir sınaqdan keçirilən və haqqında təfərrüatlı məlumat olmayan gizli təyyarələr sırasındadır. Bəzi mənbələr bu təyyarənin yüksək texnologiyalı kameralar, elektron sensorlar kimi eksperimental yükləri aşağı yerin orbitinə qaldırmaq üçün istifadə ediləcəyini bildirir və bu mövzuda aktiv sınaqlar aparılır.

NASA Artemida III missiyası üçün Ay liftini sınaqdan keçirməyə başlayıb

Artemis III Görevinde Önemli Eşik: Ay Asansörü Testleri Başladı!

NASA Artemida III missiyasının mühüm tikinti bloklarından biri olacaq Ay liftini sınaqdan keçirməyə başlayıb. Missiyanın 2025-ci ildə baş tutacağı qeyd olunub, lakin bunu həyata keçirmək üçün hələ çox iş görülməlidir. Qeyd edək ki, Artemis III astronavtları SpaceX-in Starship HLS eniş aparatına keçməzdən əvvəl NASA-nın Orion kosmik gəmisində Aya səyahət edəcəklər.

Posted 
Dec 29, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All