BŞ-ın F-16 qırıcısı prezident Co Baydenin göstərişi əsasında Kanada sərhədindəki Huron gölü üzərində səkkizguşəli obyekti vurub.
Bu yaxınlarda ABŞ administrasiyası tərəfindən bir casus şarının vurulması Amerika Birləşmiş Ştatlarında "Naməlum Hava Hadisələri (UAP)" fenomenini bir daha gündəmə gətirib. UAP həm də naməlum uçan obyekt və ya ümumi dildə UFO kimi tanınır.
Sonuncu dəfə isə ABŞ ordusu Miçiqan ştatında Huron gölü üzərində üçüncü uçan obyekti vurub. Bu, onların cümə və şənbə günləri ABŞ və Kanada hava məkanında UFO-ları vurmasından sonra baş vermişdir.
Deputat Jack Bermanın tviti
ABŞ hava məkanının mühafizəsi ilə məşğul olan ABŞ Hərbi Hava Qüvvələri generalı Qlen VanHerk jurnalistlərə bildirib ki, ordu ən son üç obyektin nə olduğunu, onların necə havada qaldığını və haradan gəldiyini müəyyən edə bilməyib.
Bu barədə Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder rəsmi açıqlama verib. Hərbi təhlükə yaratmasa da, obyekt 20.000 fut (6.100 m) hündürlükdə hərəkət etdiyi üçün daxili hava nəqliyyatına potensial olaraq müdaxilə edə və onun müşahidə imkanları ola bilərdi. Anonimlik şərti ilə danışan ABŞ rəsmisi bildirib ki, obyekt səkkizbucaqlı quruluşa malikdir, simləri vardır, lakin nəzərə çarpan yükü yoxdur.
Pentaqonun sözlərinə görə, obyektin bu yaxınlarda Montana üzərində həssas hərbi obyektlərin yaxınlığında aşkar edilən obyektlə eyni olduğu güman edilirdi ki, bu da ABŞ hava məkanının bağlanmasına səbəb oldu. VanHerk jurnalistlərə bildirib ki, hərbçilər bu barədə daha çox məlumat əldə etmək üçün Huron gölü üzərində vurulmuş obyekti bərpa etməyə çalışacaqlar. Onun sözlərinə görə, ehtimal ki, obyekt Kanada sularına düşüb.
Bu hadisə son həftələrdə Şimali Amerika səmasında peyda olan qeyri-adi obyektlərin çoxluğu ilə bağlı suallar doğurdu və Çinlə gərginliyi artırdı. ABŞ rəsmiləri ilk obyektin Çinin müşahidə şarı olduğunu müəyyən edib və fevralın 4-də Cənubi Karolina sahillərində onu vurublar. Cümə günü ikinci obyekt Alyaskanın Dedhors yaxınlığında dəniz buzu üzərində vurulub. Və üçüncü obyekt şənbə günü Kanadanın Yukon əyalətində məhv edilib, müstəntiqlər hələ də dağıntıları axtarırlar.
Baş verən hadisələrlə bağlı Elon Mask belə bir tvit paylaşıb: