Artıq uzun müddətdir ki, fəaliyyət göstərən YouTube-un “Səsdən Mətnə” süni intellekti hələ də bəzi sözləri düz anlamır.
Valideynlər uşaqları ilə birlikdə izlədikləri videoda “corn” (qarğıdalı) sözünün “p*rn”, “beach” (çimərlik) sözünün “b!tch”, “brave” (cəsur) sözünün isə “r@pe” sözü kimi kimi təsvir olunduğunu bildiriblər.
YouTube Kids-in avtomatik altyazını dəstəkləməməsinə baxmayaraq aparılan araşdırmaya görə (“Pew Research Center” - 2020) 11 yaşından kiçik uşaqların 80%-i videoları valideynləri ilə birgə izləyir.
Aparılan digər araşdırmaya görə isə uşaqların 61%-i ən azı bir dəfə özlərinə uyğun olmayan məzmunla qarşılaşıblar.
Bəs siz YouTube-un uşaqlara uyğun olduğunu düşünürsünüz?
Daha çox
Texnologiya
kateqoriyasından
View All