"YouTube" platforması irəlidə süni intellekt vasitələrindən daha çox istifadə edəcək. Wojcicki-dən sonra YouTube-un yeni CEO-su Neal Mohan son aylarda platforma ilə bağlı mühüm açıqlamalar verib.
Video platforması hər il keçirilən "Made on YouTube" tədbirində yaradıcılar üçün süni intellektlə işləyən bir neçə yeni alət elan etdi. İlin sonunda “Dream Screen” adlı yeni funksiyanın təqdim olunacağı gözlənilir. Bu funksiya ilə yaradıcılar “YouTube Shorts” videolarının fonuna süni intellektin yaratdığı video və fotoları əlavə edə biləcəklər.
Bu məzmunlar yazılı əmrlərlə (promptlarla) hazırlanacaq və sistem gələcəkdə daha da fərdi hala gətiriləcək.
Bundan əlavə gələcəkdə platformaya süni intellekt dəstəkli musiqi tövsiyə sistemi gələcək. Bu sistem hazırlanmış videoların yazılı təsvirinə baxaraq videoda istifadə edə biləcəkləri musiqiləri insanlara tövsiyə edə biləcək.