ouTube "Shorts" alqoritminin necə işlədiyini izah etdi
Verilən açıqlamalar xüsusilə məzmun yaradıcıları üçün əhəmiyyət kəsb edir.
Sosial şəbəkələr xüsusilə TikTok sayəsində qısa video formatlarına əhəmiyyət verməyə başlayıb. Bunun ən bariz göstəricisi TikTok-un ən böyük rəqiblərindən biri olan Instagram Reels-dir. Bundan əlavə, YouTube da "Shorts" funksiyasını istifadəyə verdi.
YouTube "Shorts" haqqında ən maraqlı nüanslarda biri də alqoritmdir. Həm məzmun yaradıcıları, həm də istifadəçilər "Shorts" videolarının necə bir sistemlə işlədiyini bilmirlər. YouTube komandası tərəfindən yeni paylaşılan video bizə "Shorts" alqoritminin necə işlədiyi barədə məlumat verir.
YouTube "Shorts" alqoritmi necə işləyir?
YouTube "Shorts" layihəsində məsul şəxslərdən biri olan Todd Sherman-ın verdiyi açıqlamaya görə, YouTube-un klassik alqoritmi ilə Shorts-un alqoritmi fərqlidir. Hər 2 video növündə istifadəçilərin maraq dairəsi önəmlidir, lakin qısa videolara gəldikdə, ekran alqoritmi dəyişir. Əgər siz YouTube-un klassik videolarında istifadə etdiyiniz üsulu "Shorts" videoların daha çox izlənməsi üçün də edirsinizsə, "Shorts" videolarınız istədiyiniz qədər uğurlu olmaya bilər.
Sherman-ın verdiyi açıqlamaya görə, YouTube "Shorts" hər sürüşdürmə üşün göstərilən videonu izlənmiş hesab etmir. Sherman-ın sözlərinə görə, videonun izlənmiş hesab edilməsi üçün izləyici müəyyən müddət videoda qalmalıdır. Lakin o nə qədər müddət videoda qalmalı olduğunu açıqlamayıb.
Todd Sherman-ın fikrincə, məzmun yaradıcıları daha çox baxış üçün həştəqlərdən istifadə etməlidirlər. Bundan əlavə, "Shorts"a yüklənmiş videonun yüklənmə vaxtının əhəmiyyəti yoxdur. Komanda xüsusi olaraq bildirib ki, yüklənən "Shorts" sayı alqoritm üçün vacib deyil. Shorts-da fərqlənmək istəyən yaradıcılar kəmiyyətə deyil, keyfiyyətə diqqət yetirməlidirlər. Digər tərəfdən, "Shorts" videoların silinib yenidən yüklənməsi spama düşmə ehtimalını artırır.