Xiaomi" 12 seriyası hələ keçən il nümayiş olunmuşdu.
Buna baxmayaraq şirkət hələ də "Ultra" kimi bəzi təqdim edilməmiş modelləri hələ indi-indi təqdim etməyə başlayır. İndi isə sıranın "Xiaomi 12 Ultra" modelinə gəlib çatdığını təxmin edirik. Texniki xüsusiyyətlərinin böyük bir hissəsinin artıq aşkara çıxdığı cihazla bağlı yeni detallar gün üzünə çıxıb.
Gəlin cihazın təfərrüatları ilə yaxından tanış olaq.
Xiaomi 12 Ultra dəri örtük və keramika dizaynı ilə gələcək.Xiaomi ötən həftə Huawei ilə uzun müddətdir əməkdaşlıq edən Leica ilə razılığa gəlmişdi. İki şirkət ortaqlıqdan sonra iyul ayında Leica flaqmanını təqdim edəcəklərini açıqlasa da, hansı modelin nümayiş olunacağından bəhs etməmişdilər. Bəzi iddialara görə, bu model "Xiaomi 12 Ultra" olacaq. Digital Chat Station, modelin qara dəri örtüklü və keramik ağ rənglərdə olacağını iddia etdi. Yadda qalacağı kimi, onun sələfi Xiaomi 11 Ultra da keramika dizaynı ilə gəlmişdi.
"Xiaomi 12 Ultra"nın ekranı HDR10+ dəstəyi ilə 2K (LTPO 2.0) 120Hz yeniləmə sürətinə malik 6,73 düymlük, əyri E5 AMOLED panelə sahib olacaq. Barmaq izi oxuyucusu da ekranın altında yerləşəcək.
Qualcomm Snapdragon 8+ Gen 1 prossesoru ilə təchiz olunan smartfon bir əvvəlki nəsil ilə müqayisədə 10 faiz daha sürətli CPU və GPU vəd edir.
Cihaz həmçinin 15 faiz daha çox enerjiyə qənaət edir. Vat başına 20 faiz daha yaxşı AI performansı təklif edən prosessor 4 nm arxitekturaya malikdir. "Ultra" modelinin həmçinin 8/12/16 GB RAM və 256/512 GB-lıq yaddaşla satışa çıxarılacağı gözlənilir.