F

əsadları ilə hər gün daha çox qarşılaşdığımız qlobal iqlim dəyişikliyi bizi gündən-günə müxtəlif həllər hazırlamağa məcbur edir. Termometrləri təhdid edən temperatur dərəcələri ilə qızmar yay mövsümündə hansımız özümüzü bir kondisionerin önündə görmək istəməzdik? Qarşılayın, “Torras” brendinin gəzintidən, düşərgədən, eləcə də son dərəcə isti hava şəraitindən zövq alan hər kəs üçün fərdi soyutma həlli təklif edən “Coolify 2S” adlı geyilə bilən kondisioneri! Bütün bədən tiplərinə uyğun olan cihazın 3 soyutma səviyyəsi var. Güclü ventilyatoru olan “Coolify 2S”, “Surround HyperVortex Cooling” və qabaqcıl külək tuneli texnologiyası sayəsində 1 saniyədən az müddətdə -1 °C-ə qədər soyuq hava axını yaradır və insana lazım olan sərinliyi verir. Açıq havada 0,008 m² ərazini asanlıqla soyuda bilir. Tipik səyahət boyun yastığının nazik versiyası kimi görünən fərdi kondisioner 5000 mAh batareya ilə təchiz edilmişdir. Portativ kondisioner bir dəfə doldurulmaqla 11 saatadək sərin qalmağınıza kömək edir. Daxili məkanda uğurlu performans göstərən “Coolify 2S” smartfon tətbiqi vasitəsilə idarə olunur. Proqram vasitəsilə cihazın fan parametrlərini dəyişə və ya soyutma plitələrinin sıxlığını tənzimləyə bilərsiniz. Dizaynında “Deng Xiao Yong” imzasını daşıyan cihaz eyni zamanda “Red Dot Product Design Award” və “iF Design Award” mükafatlarının sahibidir.

Posted 
May 10, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All