İ
nnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı gənclərin karyera qurması üçün tam gücü ilə çalışır. Növbəti unikal layihə “ROOF Academic Training” ilə birlikdə yaradılan “Talant” Təqaüd Proqramı gənclərin reytinqli universitetlərə müraciət etmələrinə dəstək olmaq üçün təşkil edilmişdi. Qarşıya qoyduğu məqsədə tam əməl edən proqram gənclərin dünyanın ən nüfuzlu universitetlərinə qəbul almasına töhfə verib. Məqsədinə uyğun olaraq 10 “Technest” təqaüdçüsündən 8-i öz təhsillərini MIT, Johns Hopkins, Warwick, NYU, University PSL, KAIST kimi dünya reytinqində ən nüfuzlu yerlərdə qərarlaşan universitetlərdə davam edəcəklər. İki tələbə ilə bağlı isə təhsil ocaqlarından cavab gözlənilir.
İradə Feyzullayeva - Technest məzunu
Ayhan Qarayev - Technest məzunu
Fatimə Ələkbərova - İRİA-nın Rəqəmsal Səriştələrin İdarə Edilməsi Departamentinin rəhbəri
Rəşad Bayramov - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri
İnara Vəliyeva - İRİA-nın rəhbəri
Gəncləri təbrik edir və karyeralarında uğurlar arzu edirik.
Daha çox
Texnologiya
kateqoriyasından
View All