usiyanın nəhəng “Sberbank” markası “Microsoft” tərəfindən dəstəklənən yeni süni intellekt modeli “GigaChat” adlı söhbət botunu təqdim edib. Şübhəsizdir ki, bu söhbət botu “ChatGPT” ilə rəqabəti hədəfləyir. “GigaChat” hələ də sınaq mərhələsindədir, lakin onun mövcud intellekt aləmində böyük planları var.
“Sberbank”ın bu sektora girişi Rusiya sənayesində yerli texnologiyadan daha çox istifadə və idxala daha az güvənmə tendensiyası ilə üst-üstə düşür. Marka iddia edir ki, “GigaChat”ın rusdilli olması onu Rusiyadan kənarda yaradılmış digər modellərdən fərqləndirir. Bank son illərdə əhəmiyyətli texnoloji sərmayələr qoyub və ümid edir ki, “GigaChat” innovasiyalara təkan verə və Rusiyada biznesin aparılması üsulunu dəyişdirə biləcək potensiala sahibdir.