yu-York şəhərə məxsus cihazlarda TikTok-u qadağan edib.
Nyu-York şəhəri TikTok-u şəhərə məxsus cihazlarda qadağan edib və təşkilatlardan növbəti 30 gün ərzində proqramı silməyi tələb edib.
Bəs bu niyə baş verdi?
Çərşənbə günü verilən direktiv, NYC Kiber Komandanlığının araşdırmasından sonra gəldi. Bələdiyyə başçısı Eric Adams TikTok-un "şəhərin texniki şəbəkələri üçün təhlükəsizlik problemi yaratdığını" söylədi. Ardından, şəhər işçilərinə proqramı yükləmək və ya istifadə etmək, TikTok veb saytına şəhərə məxsus hər hansı bir cihazdan daxil olmaq qadağan edildi.
Bunun Çindən gələn potensial təhlükəsizlik təhdidlərinin aradan qaldırılması üçün olduğu bildirilib.
Nyu York şəhərinin sözçüsü The Verge-ə verdiyi açıqlamada bildirib: "Sosial media Nyu Yorkluları bir-biri ilə və şəhərlə əlaqələndirmək üçün əla vasitə olsa da, biz bu platformalardan hər zaman təhlükəsiz istifadə etdiyimizə əmin olmalıyıq. NYC Kiber Komandanlığı müntəzəm olaraq Nyu Yorkluların məlumatlarını təhlükəsiz saxlamaq üçün fəal tədbirləri araşdırır və inkişaf etdirir".