A

zərbaycan İnternetinin çox gözlənilən və faydalı müsabiqələrindən biri Milli İnternet Mükafatı - MilliNet 2023-cü il üçün layihələrin qəbuluna start verir.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan İnternetinin və informasiya texnologiyalarının inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqabətli mühit formalaşdırmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək verməkdən ibarətdir.

Bu il müsabiqə yenilikləri ilə fərqlənir. Belə ki, internet resursların qiymətləndirmə meyarları tamamilə yenilənib. Müsabiqəyə təqdim edilən resurslar əvvəllki 3 istiqamət (dizayn, kontent və texniki) üzrə deyil, layihənin faydalılığı, əhəmiyyətiəhatə dairəsi nəzərə alınmaqla qiymətləndiriləcək.

MilliNet 2023 müsabiqəsi 14 Nominasiya üzrə keçiriləcək.
Nominasiyalar aşağıdakı kimi təyin edilib:

1. İlin rəqəmsal hökumət həlli

2. İlin rəqəmsal təhsil resursu

3. İlin rəqəmsal maliyyə həlli

4. İlin e-ticarət həlli

5. İlin rəqəmsal sosial resursu

6. İlin rəqəmsal səhiyyə və sağlamlıq resursu

7. İlin innovativ həlli

8. İlin rəqəmsal oyunu

9. İlin informasiya resursu

10. İlin süni intellekt həlli

11. İlin rəqəmsal mədəniyyət və turizm həlli

12. İlin rəqəmsal biznes həlli

13. Ilin rəqəmsal marketinq həlli

Xüsusi nominasiya

1. İlin rəqəmsal siması

İddiaçılar www.millinet.az saytında qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini, sosial media resurslarını və s.) təqdim edə bilərlər. 

Müsabiqədə qalib gələnlərə ənənəvi Milli İnternet Mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq. Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 17 noyabr tarixində başa çatacaq. Qiymətləndirmə prosesi 15 dekabra kimi davam edəcək. Yekun təqdimat mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, MilliNet saytı tam olaraq yeniləndiyinə görə əvvəllər qeydiyyatdan keçənlərin də yenidən hesab yaratması vacibdir. İddiaçılar 06 oktyabr tarixdən www.millinet.az saytında  qeydiyyatdan keçərək öz layihələrini (saytlarını, mobil tətbiqlərini,  sosial media resurslarını və s.) təqdim edə bilərlər. 

Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.

MilliNet-in Baş sponsoru CityNet şirkətidir.

Gold sponsorlar ALVENTURES, Lenovo, KATV1Caspel şirkətləridir.

Sponsorlar SABAH.HUB, Alas Academy, ULTRA TechnologiesAzərbaycan Texniki Universitetidir.

YODA, YeniMedia, ALAS Academyhellojob.az MilliNet-in tərəfdaşlarıdır.

MilliNet-in media tərəfdaşları Trilogy.News, Technote MediaXəbərlər.az media resurslarıdır.

Geniş məlumat: www.millinet.az
MilliNet Təşkilat Komitəsi
www.millinet.az
award@millinet.az

Posted 
Oct 6, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All