nstagram”ın test mərhələsində olan yeni funksiyası dağınıq ana səhifələrin sizə uyğun olaraq dəyişdirilməsini təmin edəcək.
“Instagram”da xüsusi bir paylaşımı axtararkən sizə maraqlı olmayan paylaşımlar arasında vaxt itirmək artıq keçmişdə qalacaq. “Instagram”, iyul ayında etdiyi açıqlamaya görə, hazırda istifadəçilərin qarşısına izlədiyi insanların ən son paylaşdıqları və ən çox aktivliyi olan paylaşımlar çıxır. Ancaq bəzən səhvən qarşınıza heç görmək istəmədiyiniz paylaşımlar da çıxır. Tətbiqin hələ test mərhələsində olan favorilər funksiyası isə ana səhifədə olan dağınıq paylaşımları bir qaydaya salmağı hədəfləyir.
Mobil proqramçı Alessandro Paluzzinin “Twitter”də yazdığına görə favorilər, paylaşımlarına önəm verdiyiniz dostlarınızı və məzmun yaradıcılarını sizin seçmənizi təmin edəcək. Beləliklə bu insanların paylaşımları ana səhifənizdə başda gələcək. Paylaşımlarına önəm verdiklərinizi alqoritmaya həvalə etmədən özünüz seçəcəksiniz və idarəetmə sizin əlinizdə olacaq.
Funksiyanın aktivləşəcəyi və ya hansısa dəyişikliklərin olacağı hələ ki, məlum deyil. Hələlik “Instagram” funksiyanın “hazırlanmaqda olan bir prototip” olduğunu qeyd edir.