"Genesis" süni intellekt aləti müəyyən sabit məlumatlardan istifadə edərək xəbərlər yaza, o cümlədən xəbər yazma prosesində jurnalistlərə kömək edə biləcək.

İddiaya görə, Google sistemi "Times", "Washington Post" "Wall Street Journal"ın sahibi News Corp-un media rəhbərlərinə təqdim edərək onların rəyini alıb.  

Şirkətin sözçüsü bildirib ki,

“Biz jurnalistlərin işinə kömək etmək üçün süni intellektlə işləyən sistemi təmin etmənin ilkin mərhələsindəyik. Məsələn, süni intellektlə işləyən alətlər jurnalistlərə başlıq seçimləri və ya müxtəlif yazı üslubları ilə kömək edə bilər. Məqsədimiz jurnalistlərə onların məhsuldarlığını artırmaq üçün yeni texnologiyalardan istifadə imkanı təmin etməkdir”.

"Genesis" süni intellekt modelinin nə vaxt istifadəyə veriləcəyi hələ ki, məlum deyil.

Posted 
Jul 20, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All