Rusiya ilə Ukrayna arasında fevralın 24-də səhər saatlarında başlayan müharibə getdikcə böyüyür. Ukrayna sərhədlərində başlayan müharibə paytaxt Kiyevə qədər gedib çıxıb. Əksər ölkələr Rusiyanın hücumlarını pisləyir, bəzi ölkələr də Ukraynaya maddi və mənəvi dəstəklərini çatdırıblar.
Ukraniyanın Rəqəmsal Transformasiya Naziri Federovun rəsmi “Twitter” hesabından Elon Muskı taq edərək bu tviti yazıb:
"Siz Marsda məskunlaşmağa çalışdığınız halda, Rusiya Ukraynanı işğal etməyə çalışır! Sizin raketləriniz kosmosdan yerə uğurla endiyi halda, Rusiya raketləri Ukraynanın mülki əhalisinə tuşlanır. Sizdən Starlink-i Ukraynada aktivləşdirməyinizi xahiş edirik."
Tvitə cavab olaraq Elon peykləri aktivləşdirdiyini, qısa zamanda daha çoxunun da aktivləşdiriləcəyini bildirib.