U

zun müddətdir texnologiya sevərlərin gözlədiyi Apple təqdimatına artıq dəqiqələr qaldı. Təqdimat Bakı vaxtı ilə 21.00-da başlayacaq. Yeni məhsullar təqdim olunduqca, saytda yeniləmələr ediləcək. Bu tədbirdə bəs gözləntilər nələrdir? Bunun üçün bu Instagram Reels videomuza göz ata bilərsiniz.

Canlı yayım artıq başladı. Xoş seyirlər! Biz də öz TikTok hesabımızda canlı yayımdayıq. Orada bizim yayımı da izləyə bilərsiniz.

Təqdimatda təqdim edilən ilk cihaz Apple-ın ağıllı saatı olan Apple Watch idi. Apple Watch-un təqdimatında diqqəti çəkən ilk şey, cihazın barmaqlarınızın bir vuruşu ilə işə salınması oldu. Müvafiq olaraq, siz zənglərə cavab verə və barmaqlarınızı çırpmaqla ana səhifəyə gedə bilərsiniz.

Saatın çəhrayı, gecə mavisi və qırmızı rənglərdə qayışı olacağı açıqlanıb. Bundan əlavə, cihazda qızıl və gümüş qutular olacaq.

Həmçinin cihazın 18 saat ərzində kifayət qədər akkumulyator gücünə sahib olacağı bildirilib.

Artıq dəri kəmərlər Apple cihazlarında mövcud olmayacaq.

Yeni cihaz 72 saata qədər enerji saxlaya biləcək.

Standart “iPhone 15” modelləri 6 GB RAM ilə gəlir. “iPhone 15” və “15 Plus” 128GB, 256GB və 512GB yaddaşla təqdim olunub. “iPhone 15”-də 3877 mAh; “İPhone 15 Plus”-ın 4912 mAh batareyaya gücünü malik olduğu bildirildi. Yeni məhsullarda 48MP kamera bizi gözləyir.

Apple iPhone 15 ilə əsas kamera təkmilləşdirməsi, Dynamic Island və daha çoxunu təqdim edir.

USB-C və bir çox yenilik artıq təqdim edildi.

iPhone 15 Pro və Pro Max

iPhone 15 Pro 4 rəng variantında təqdim olunacaq. Onların arasında ən çox diqqət çəkən rəng titan rəngi idi. Telefon digər cihazlar kimi, 100% alüminiumdan ibarətdir. Cihazın səs səviyyəsinin yandırma/söndürmə yeri dəyişdirildi. Müvafiq olaraq, səs səviyyəsini yandırma/söndürmə düyməsi indi ayrıca düymə kimi istifadə olunacaq. Bu düymənin qısa yollarına səs yazmaq və fotoşəkil çəkmək kimi seçimlər daxildir.

Posted 
Sep 12, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All