Süni intellekt uğurları ilə yanaşı uğursuzluqları ilə də gündəmə gəlməyə davam edir. Aparılan xüsusi araşdırma texnologiyanın hələ ki, lazımi səviyyədə və funksional olaraq işləmədiyini üzə çıxarıb. Bununla belə, bir çox şirkət süni intellektdən istifadəni qadağan edib.
Purdue Universitetinin apardığı son araşdırmaya görə, ChatGPT-nin proqram təminatı ilə bağlı sualların yarısından çoxuna səhv cavab verdiyi müəyyən edilib. Tədqiqat qrupu tərəfindən aparılan araşdırmanın bir hissəsi olaraq, ChatGPT-ə 517 "Stack Overflow" sualı verildi. Nəticələr onlarla könüllü tərtibatçı ilə birgə qiymətləndirildi. Təəccüblüdür ki, ChatGPT sualların yalnız 48%-inə düzgün cavab verə bildi. Aparılan araşdırma nəticəsində süni intellektin verdiyi izahların 77%-i isə ətraflı olaraq qiymətləndirildi.
Bu vəziyyət bir çox problemə səbəb olduğu üçün Apple, Google və Meta daxil olmaqla bir çox texnologiya şirkəti tərtibatçılarına süni intellektdən istifadə etməyi qadağan edib.