Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“Samsung Galaxy Z Fold6” və “Z Flip6” qiyməti sızdırılıb!
"Samsung" yeni qatlanan telefonlarını təqdim etməyə hazırlaşarkən, Galaxy Z Fold6 və Z Flip6 qiymətləri sızdırılıb.
İddialara görə, Galaxy Z Fold6 3 versiyada təqdim ediləcək: 256GB, 512GB və 1TB. Hələlik RAM haqqında heç bir məlumatı olmayan telefonun Z Fold5 kimi 12GB ilə gəlməsi gözlənilir. Bununla belə, Galaxy Z Fold6 256GB modeli 1899 dollara, 512GB versiyası 2019 dollara və 1TB versiya isə 2259 dollara satıla bilər.
“Xbox” yeniləməsi təqdim olundu
Yeniləmə ilə bir çox təkmilləşdirmələr və dəyişikliklər edilibi. Yeniliklərdən biri odur ki, Xbox 10 fərqli Wi-Fi şəbəkəsini yadda saxlaya biləcək. Bu yolla, konsolunuzu müxtəlif yerlərdə istifadə etdiyiniz zaman şəbəkə məlumatlarını və parolları yenidən daxil etməyə ehtiyac olmayacaq.
İndi Xbox Home ekranınızın fonunda "game art" göstərə biləcəksiniz. Əvvəllər istifadəçilər yalnız defolt Xbox Home fonunda oyun vizuallarını görə bilirdi. İndi dinamik və ya normal fonunuzu saxlayaraq oyun vizuallarını da görə bilərsiniz. Microsoft siçan və klaviatura dəstəyini Xbox Cloud Gaming-də hər kəs üçün əlçatan edir. Bundan əlavə, oyunçular indi brauzerlərində, Xbox veb-saytında və ya Samsung televizorlarında oynadıqları oyunların məlumatlarını və bulud yaddaşını özləri idarə edə biləcəklər.
Bu yeniliklərlə Xbox istifadəçi təcrübəsini daha da təkmilləşdirməyi hədəfləyir.
14 yaşdan yuxarı şəxslər kiçik elektrik nəqliyyat vasitələrini idarə edə biləcək
Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə veriləcək. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif olunur.
Məlumat üçün bildirək ki, kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.
- təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;
- oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;
- oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;
- sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;
- xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;
"OpenAI"ın nə qədər pul qazandığı məlum olub
"The Information" tərəfindən dərc edilən yeni hesabat "OpenAI" gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını ortaya qoyur. İddialara görə, şirkət son 6 ayda gəlirlərini iki dəfədən çox artırıb.
“Apple Watch” anında 20 dilə tərcümə edə biləcək
Apple WatchOS 11 ilə Apple Watch üçün tamamilə yeni tərcümə funksiyasını təqdim edir. Artıq istifadəçilər Apple Watch ilə müxtəlif dillərdə asanlıqla ünsiyyət qura biləcəklər. watchOS 11 ilə gələn bu yenilik istifadəçilərin 20 dildə (Çin, İngilis, Fransız, Alman, İtalyan, Yapon, Portuqal və Ukrayna...) ani olaraq tərcümə edərək müxtəlif dillərdə ünsiyyət qurmasını asanlaşdıracaq.