"OpenAI" çinli rəqiblərinin onun AI modellərindən istifadə edərək oxşar texnologiyalar inkişaf etdirdiyini iddia edib. Şirkət "DeepSeek" adlı Çin tətbiqinin "ChatGPT" səviyyəsində performans göstərdiyini, lakin bunu qat-qat aşağı xərc ilə reallaşdırdığını bildirib.
"OpenAI"ın əsas narahatlıqlarından biri, "DeepSeek"in "knowledge distillation" adlanan üsulla onun modellərindən faydalanmasıdır. ABŞ rəsmiləri "DeepSeek"in inkişafının milli təhlükəsizlik üçün potensial risklər yaradıb-yaratmadığını araşdırmağa başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələri modelin mənşəyi ilə bağlı etik və təhlükəsizlik problemlərini əsas gətirərək onun istifadəsini qadağan edib. Eyni zamanda, "OpenAI" və digər ABŞ texnologiya şirkətləri bu cür təkrarlanan modellərin qarşısını almaq üçün yeni tədbirlər görməyə hazırlaşır.