Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Tesla" gözlənilən gəliri əldə edə bilməyib
"Tesla" 2024-cü ilin dördüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb və 25,7 milyard dollar gəlir əldə etdiyini bildirib. Bu rəqəm analitiklərin 27,2 milyard dollarlıq proqnozundan aşağı olduğu üçün şirkət gözləntiləri doğrulda bilməyib. Digər tərəfdən, yenilənmiş Tesla Model Y modeli Çində böyük maraq görərək ilk beş gündə 70 mindən çox sifariş alıb. Bu uğurun 2025-ci ilin ilk rübündə şirkətin gəlirinə müsbət təsir göstərəcəyi gözlənilir.
"Apple" rekord gəlir əldə edib
"Apple" 2025-ci ilin ilk maliyyə hesabatını açıqlayaraq üç ay ərzində 124,3 milyard dollar gəlir əldə etdiyini bildirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % artım deməkdir və şirkət tarixindəki ən güclü rüblərdən biri hesab olunur. "iPhone 16" və "Apple Intelligence"ın uğuru sayəsində "iPhone" satışları 69,14 milyard dollara çatıb, "Apple"ın xidmət sektoru isə 26,34 milyard dollar gəlir gətirib.
"Apple" cihazlarının istifadə sayı açıqlanıb!
"Apple" CEO-su Tim Cook şirkətin dünyada aktiv cihaz sayının 2,35 milyarda çatdığını açıqlayıb. 2022-ci ildə bu rəqəmin 1,8 milyard olduğu nəzərə alınarsa, "Apple" iki il ərzində 550 milyon yeni cihaz satıb. Şirkətin əsas gəlir mənbəyi "iPhone" olsa da, "AirPods" və "MacBook" kimi məhsullar da mühüm paya sahibdir.
"Xbox" oyunları "PlayStation"a gəlir
"Xbox" eksklüziv oyunlarını "PlayStation"a gətirmək qərarına gəlib. Bu çərçivədə "Forza Horizon 5"in "PlayStation 5" versiyası rəsmi olaraq təsdiqlənib və "Panic Button Studios" tərəfindən hazırlanacaq. "Xbox"ın bu strategiyası "PlayStation"ın 65 milyondan çox oyunçusuna çataraq gəlir əldə etməyə yönəlib.
"Microsoft" "Copilot" istifadəçilərinə "OpenAI o1" modelini pulsuz təqdim edir
"o1" modeli süni intellekt sahəsində fərqlənir və yalnız cavab verməklə kifayətlənməyib, düşünmə prosesini də istifadəçilərlə paylaşır. "o1" modeli riyaziyyat, fizika və kodlama kimi sahələrdə yüksək göstəricilərlə diqqət çəkir