D

onald Trump “DeepSeek”i ABŞ üçün həm siqnal, həm də yeniliklərə təkan verə biləcək bir fürsət kimi dəyərləndirib. O, layihənin 5,6 milyon dollar kimi nisbətən az bir büdcə ilə hazırlanmasını və sürətli uğurunu ABŞ-nin texnoloji sərmayələrinə yenidən baxması üçün “Wake Up Call” adlandırıb.

Trump says China's DeepSeek AI a 'wake-up call' for US

Trump bildirib ki, bu uğur ABŞ-nin daha az xərclə daha çox nailiyyət əldə etmək yollarını araşdırması üçün fürsətdir. “DeepSeek” layihəsinin uğuru, Nasdaq-ın 3 %-dən çox ucuzlaşmasına da səbəb olub. Qlobal süni intellekt yarışında üstünlük qazanmaq mövzusu müzakirələrin mərkəzinə çevrilib.

“DeepSeek” “ChatGPT”yə bənzər yüksək inkişaf etmiş R1 modelini təqdim edərək qlobal texnologiya sektorunda inqilab yaratdı. Yalnız 6 milyon dollarlıq hesablama gücü ilə əldə edilən bu uğur ABŞ-nin AI texnologiyaları üzrə aparıcı şirkətlərinə ciddi narahatlıqlar yaradıb. Bunun nəticəsində “Nvidia” kimi böyük texnologiya şirkətlərinin səhmləri 12 % dəyər itirib. ABŞ fond bazarında bir ticarət günündə təxminən 2 trilyon dollar dəyər itkisi qeydə alınıb. “DeepSeek”in uğuru daha ucuz və əlçatan AI texnologiyalarının ABŞ bazarına ciddi təsir göstərə biləcəyini sübut etmiş oldu.

"DeepSeek" haqqında başqa nələr bilirik?

Gündəmə düşməsi ilə birgə bir çox şirkətin canına qorxu salan bu AI modeli cəmi bir neçə aya və 100 dəfə daha ucuz büdcə ilə hazırlanıb.

"OpenAI" bir AI modelini hazırlamaq üçün 100 milyon dollardan çox xərcləyir. "DeepSeek" isə eyni səviyyəli modeli yalnız 6 milyon dollarla ərsəyə gətirib.

İnvestorlar qorxur ki, bu inqilab “NVIDIA” kimi şirkətlərin mikrosxemlərinə olan ehtiyacı ciddi şəkildə azalda bilər.

Posted 
Jan 28, 2025
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All