Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Fox News”dan utancverici səhv: “TikTok” əvəzinə “TitKok”

Fox News”un bazar günü yayımlanan siyasi proqramında gözlənilməz bir səhv baş verdi. Aparıcı Shannon Bream və Pensilvaniya senatoru Dave McCormick ABŞ-də "TikTok"un müvəqqəti bağlanması ilə bağlı müzakirə edərkən yayımlanan banner-də "TikTok" səhv yazılaraq "TitKok" kimi paylaşıldı və bu izləyicilərin diqqətindən qaçmadı.

Səhv bir neçə saniyə sonra düzəldilsə də, izləyicilər bu anı dərhal sosial mediada paylaşmağa və ələ salmağa başladılar. Bu kiçik səhv bir daha göstərir ki, canlı yayımlar zamanı texniki və insan faktorlarından irəli gələn səhvlər qaçınılmazdır.

"EA Origin”ın sonu: Aprel ayı bağlanır!

EA's Origin app for PC gaming will shut down in April

“EA Origin” platforması 17 aprel 2025-ci ildə rəsmi olaraq bağlanacaq. Bu qərar “Microsoft”un 32-bit proqram təminatına dəstəyini dayandırması ilə əlaqədardır və “EA”ın uzun müddətdir planlaşdırdığı keçid prosesinin son addımıdır.

“Origin” istifadəçiləri bunla bağlı nə etməlidir ?

1. “EA” app-i yükləyin: Yeni tətbiqi “EA”ın rəsmi veb-saytından yükləyin. (64-bit Windows tələb olunur).

2. Oyunlarınızı köçürün: Hesabınıza daxil olduqda oyunlar avtomatik köçürüləcək.

3. Bulud yaddaşını yoxlayın: Bulud saxlama xüsusiyyətini dəstəkləməyən oyunların məlumatlarını isə özünüz köçürməli olacaqsınız.

Əməliyyat sistemini və ya kompüteri yeniləyənlər nə etməlidir?

Əgər əməliyyat sisteminizi yeniləyirsinizsə, oyunlarınızı təkrar yükləməyə ehtiyac yoxdur. Lakin yeni kompüterə keçid edirsinizsə, məlumatları köçürmək tələb olunur.

“Netflix” abunəlik qiymətlərini artırır: Yeni qiymətlər və rekord nəticələr!

Netflix Review | PCMag

“Netflix” abunəlik qiymətlərini artırmağa hazırlaşır. ABŞ, Kanada, Argentina və Portuqaliyada istifadəçilər həm reklamlı, həm də reklamsız abunəliklər üçün daha çox ödəyəcək.

Şirkətin açıqlaması:
"İstifadəçilərimiz üçün dəyər yaratmağa və proqramlaşdırmaya investisiya etdikcə bu kimi kiçik artımlarla inkişafımızı davam etdirəcəyik."

Yeni qiymətlər (ABŞ):

-        Reklamlı plan: $7.99 (+$1)

-        Standart reklamsız: $17.99 (+$2.50)

-        Premium: $24.99 (+$2)

Dəyişikliklər növbəti ödəniş dövründə tətbiq ediləcək.

“Netflix" 2025 - Q4 nəticələri:

“Netflix” tarixi bir rekordla 2025-ci ilin 4-cü rübünü başa vurub:

  • Yeni abunəçilər: +19 milyon
  • Gəlir: $10.25 milyard
  • Ümumi abunəçilər: 301.63 milyon

Bu uğur möhtəşəm bayram mövsümü ilə əlaqələndirilir, xüsusilə də “Tyson/Paul” döyüşü, "Squid Game" 2-ci mövsümü və “Netflix”in ilk NFL yayımı bu nəticələrə böyük təsir göstərib.

“Netflix”də 2025-də nələr var?

  • Stranger Things ( Final )
  • Wednesday
  • Knives Out 3
  • Happy Gilmore 2

“Citroen” tam elektrikli “2CV” klassik modelini bazara çıxaracaq!

Everything you need to know about the Citroen 2CV | Top Gear

Citroen” çoxdan unudulmuş “2CV” modelini elektrikli versiyada yenidən bazara təqdim etməyə hazırlaşır. Fransada “Renault 5”in böyük maraq görməsi və uğuru “Citroen”i öz əvvəlki fikrindən dönməyə vadar etdi. Yeni elektrikli modelin 2028-ci ildə təqdim edilməsi gözlənilir.

Citroen “2CV”dən əsas gözləntilər:

  • Sadə dizayn və uyğun qiymət: Orijinal modelin fəlsəfəsinə sadiq qalaraq yeni elektrikli “2CV” sadə dizaynı və uyğun qiyməti ilə diqqət çəkəcək.
  • Yeni smart car platformu: “Stellantis” qrupunun smart car platformasından istifadə edilərək modelin daha sərfəli qiymətə olması planlanır.
  • Satış Proqnozları: “2CV” modeli 2028-ci ildə təqdim edilərsə,həmin il ,həmçinin, orijinal klassik modelin də 80-ci ildönümünə təsadüf edəcək.

Trump Biden-in süni intellekt qərarını ləğv etdi!

Trump axes Biden's AI executive order - Nextgov/FCW

Donald Trump Joe Biden tərəfindən imzalanan və süni intellekt texnologiyaları ilə əlaqəli riskləri azaltmağı hədəfləyən qərarını ləğv etdi. Biden-in qərarı süni intellekt texnologiya və tətbiqləri ilə bağlı ciddi tədbir və təlimatları geniş formada təqdim edirdi.

Biden-in qərarı nələri əhatə edirdi?

  • Süni intellekt təhlükəsizlik testləri: Kritik sahələrdə istifadəyə verilən süni intellekt modellərinin təhlükəsizliyinin yoxlanılması.
  • Şirkətlərin ictimaiyyətə məlumat vermə qaydaları: Süni intellekt inkişaf və yeniliklərinin dövlətə bildirildikdən sonra ictimaiyyətə elan olunması.
  • Deepfake və səhv məlumatlarla mübarizə: Süni intellekt tərəfindən yaradılan məzmunlarda filigran ( gizli aidolma nişanı ) istifadəsi.

Trump-ın bəyənatı :
"Bu qərar süni intellekt inqilabını ləngidir və radikal sol fikirləri dayandırır. Bunun üçün bu qərarı ləğv edirik!"

Posted 
Jan 22, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All