nnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə keçirilən proqramlarda iştirak etmiş 3startap təsisçisi - Ömər Nuruzadə, Ləman Əliyeva və Nihat Abdullayev AzərbaycanRespublikası Prezidentinin 31 yanvar 2025-ci il tarixli Sərəncamı ilə Prezident mükafatına layiq görülüblər.
Ömər Nuruzadə “Nexus Lab” startapının həmtəsisçisi və rəhbəridir. Startap aviasiya sahəsindəistixana effektinin azaldılması və dayanıqlı gələcəyi təşviq etmək məqsədidaşıyan texnoloji həllər təklif edir. Ömər Nuruzadənin startapı İRİA-nınkeçirdiyi “Roadshow” proqramının iştirakçısı olmuş, COP29-da qurumun stendindəöz məhsullarını təqdim etmiş, eləcə də “IDDA Awards 2023”də “İlin Kəşfi”nominasiyası üzrə qalib olmuşdur.
Ləman Əliyeva və Nihat Abdullayevə birgə fəaliyyətə görə Prezident mükafatı verilib. Belə ki,Prezident mükafatçıları proqramlaşdırmanı öyrənməyi asanlaşdıran “Tenter”startapının həmtəsisçiləridirlər. “Tenter” startapı İRİA-nın dəstəklədiyi“Roadshow” proqramına seçilərək İspaniyada keçirilmiş “Mobile World Congress”beynəlxalq tədbirində Azərbaycanı təmsil edib. Bununla yanaşı, Nihat Abdullayevdiqqət çatışmazlığı və hiperaktivlik sindromu olan uşaqlar üçün süni intellekt əsaslıoyuncaqlar təqdim edən “SamSam” startapının da həmtəsisçisidir.