Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Vətəndaşlar ailə vəziyyəti haqqında arayışı artıq rəqəmsal formada əldə edə biləcəklər

“mygov” platformasında yeni "Ailə vəziyyəti haqqında arayış” ( Subaylıq haqqında arayış) xidməti istifadəyə verildi. Bu yenilik sayəsində vətəndaşlar rəsmi olaraq ailə vəziyyətinin subay olduğunu təsdiq edən sənədi tam rəqəmsal formada əldə edə biləcəklər.
“Ailə vəziyyəti haqqında arayış” (Subaylıq haqqında arayış) yeni nikaha daxil olarkən, xaricdə nikah bağlayarkən, mülki-hüquqi məsələlərdə (məsələn, vərəsəlik və ya immiqrasiya prosedurlarında), xarici ölkələrdə vətəndaşlıq və ya daimi yaşayış icazəsi üçün müraciət edərkən tələb oluna bilər.
Qeyd edək ki, xidmətin “mygov” platformasına inteqrasiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:

Vətəndaş “mygov” platformasına giriş edərək “Xidmətlər” bölməsindən "Subaylıq haqqında arayış"  xidmətinə daxil olur
"Yeni müraciət" düyməsinə klik edir
Arayışın təqdim olunacağı yeri seçir: ölkə və ya səfirlik
Siyahıdan uyğun ölkəni və ya səfirliyi seçir
Əlaqə nömrəsini və elektron poçt ünvanını daxil edir
Qeyd bölməsinə əlavə məlumat yazır (İstəyə bağlı olaraq)
Daxil edilmiş məlumatları təsdiqləyir
Yekunda sorğu Ədliyyə Nazirliyinə yönləndirilir

Sənəd hazır olduqdan sonra istifadəçi “mygov” platformasının “Tarixçə” bölməsindən "Sənədə bax" düyməsinə klik edərək arayışı əldə edə bilər. “Ailə vəziyyəti haqqında arayış”ın (Subaylıq haqqında arayış)  alınması üçün dövlət rüsumu tələb olunmur.
Bu yeniliyə qədər vətəndaşlar subaylıq haqqında arayışı əldə etmək üçün fiziki xidmət mərkəzlərinə və qeydiyyat şöbələrinə şəxsən müraciət etməli, bir sıra inzibati prosedurlardan fiziki olaraq keçməli idilər. Yeni rəqəmsal yanaşma bu prosesi tam elektronlaşdıraraq vətəndaşlara maksimum rahatlıq təmin edir, onların vaxt və resurs itkisinin qarşısını alır, dövlət xidmətlərindən istifadədə çevikliyi və əlçatanlığı artırır.

"Death Stranding 2: On the Beach" oyununun çıxış tarixi açıqlanıb

Death Stranding 2: On the Beach launches June 26, Collector's Edition  revealed – PlayStation.Blog

Məşhur oyun yaradıcısı Hideo Kojima uzun müddətdir üzərində çalışdığı "Death Stranding 2: On the Beach" oyununun çıxış tarixi və qiymətini açıqlayıb. Rəsmi məlumata görə, oyun 26 iyun 2025-ci ildə "PlayStation 5" platforması üçün satışa çıxacaq.

"Xiaomi 16 Pro" "action button" ilə gələcək

Leaker: Xiaomi 16 Pro battery to be reduced by 100mAh but gets customizable  button in October - Xiaomiui.Net

"Xiaomi"nin yeni flaqman modeli "Xiaomi 16 Pro" sızdırılan məlumatlara görə "action button" ilə təchiz ediləcək. Bu düymə süni intellekt xüsusiyyətləri, kamera düyməsi və ya səssiz rejim kimi müxtəlif funksiyalar üçün istifadə oluna biləcək

"GTA 6"nın ikinci treyleri nə vaxt gəlir?

Rumor: GTA 6 Trailer 2 Could Release in Early April

"Rockstar Games" uzun müddətdir gözlənilən "GTA 6"nın ikinci treylerini apreldə yayımlamağı planlaşdırır. "GTA VI O'Clock" tərəfindən paylaşılan məlumata görə, şirkət artıq yeni treyler üzərində işə başlayıb. "Rockstar Games"in əvvəlki "GTA 5" və "Red Dead Redemption 2" oyunlarının reklam strategiyalarına nəzər salan ekspertlər aprelin ən uyğun vaxt olduğunu bildirirlər.

"Grok"un yeni funksiyası təqdim olunub

"xAI" şirkəti "X" sosial şəbəkəsinə inteqrasiya olunmuş "Grok"a yeni və maraqlı bir xüsusiyyət əlavə edib. Artıq istifadəçilər paylaşımlarına "Grok"u etiketləyərək suallarına cavab ala biləcəklər.

Posted 
Mar 10, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All