Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Apple" kameralı "AirPods" üzərində işlərə başlayıb

"Apple" qulaqlıqlara kamera inteqrasiya edərək istifadəçi təcrübəsini daha da inkişaf etdirmək üçün yeni bir layihəyə start verib. Şirkətin hazırladığı prototipə əsasən, bu kameralar foto çəkmək üçün deyil, ətraf mühiti analiz etmək və istifadəçiyə əlavə məlumat təqdim etmək üçün nəzərdə tutulub.
"Meta"nın Çin üçün senzuralı layihəsi üzə çıxdı

"Meta"nın Çin bazarı üçün hazırladığı senzuralı "Facebook" layihəsinə dair yeni sənədlər ortaya çıxıb. Şirkətin “Project Aldrin” adlı bu layihə ilə Çin hökumətinin internet qaydalarına uyğun senzura tətbiq etməyə razı olduğu bildirilib.
Çinlilər həm uçan, həm də suda hərəkət edə bilən dron hazırlayıb

Çinli alimlər “TJ-FlyingFish” adlanan yenilikçi dron layihəsini inkişaf etdirib. Bu cihaz həm havada uça, həm də suyun altında hərəkət edə bilir. Prototip mərhələsində olan dron havada 6 dəqiqə, su altında isə 40 dəqiqə fəaliyyət göstərə bilir.
"Microsoft" yeni "Xbox" modeli üzərində işləyir

"Microsoft" yeni nəsil "Xbox" konsolu üzərində işlərini sürətləndirib. "Xbox Prime" adlanacağı gözlənilən bu cihazın oyun konsolundan çox, PC-yə yaxın bir quruluşda olacağı bildirilir.
"AMD Zen 6" prosessorları nə zaman gəlir?

"AMD"nin yeni nəsil “Zen 6” prosessorları 2026-cı ildə bazara çıxmağa hazırlaşır. “TSMC”nin 3nm N3E prosesindən istifadə edəcək bu çiplər, ümumilikdə 24 nüvəyə qədər dəstək verəcək.