Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Xbox Game Pass" fevralda yeddi oyunu itirəcək
"Xbox Game Pass" 15 fevral tarixində yeddi oyunu platformadan çıxaracaq. Siyahıda "EA Sports UFC 3" və "Tales of Arise" kimi populyar oyunlar yer alır. Bundan əlavə, "Bloodstained: Ritual of the Night" və "Indivisible" kimi tanınmış adlar da "Game Pass"dən ayrılacaq.
"iPhone SE 4" "iPhone 16"dan 40 % daha ucuz ola bilər
"Apple"ın mart ayında təqdim edəcəyi "iPhone SE 4" modeli "iPhone 16"dan 40 % daha ucuz qiymətə satışa çıxarıla bilər. Yeni model A18 çipi və 48 MP əsas kamera ilə gələcək, lakin “Dynamic Island” texnologiyasını dəstəkləməyəcək. Məlumata görə, "iPhone SE 4" ABŞ-də təxminən 500 dollara satılacaq ki, bu da əvvəlki SE modelindən 15 % daha bahalıdır.
"vivo X200 Pro Mini"nin yeni detalları ortaya çıxıb
"Vivo" "X200 Pro Mini" modelini qlobal bazara çıxarmağa hazırlaşır. 6.31 düymlük ekran ölçüsünə malik yeni smartfon kompakt flaqman axtaran istifadəçilər üçün alternativ ola bilər. Cihaz MediaTek Dimensity 9400 prosessoru, 5.700 mAh batareya və 90W sürətli şarj dəstəyi ilə təchiz edilib. Hindistanda 12 GB RAM + 256 GB və 15 GB RAM + 512 GB variantlarında satışa çıxacağı gözlənilir. Samsung Galaxy S25 seriyası ilə müqayisədə daha yüksək şarj sürətləri təklif edən vivo X200 Pro Mini-nin qlobal təqdimat tarixi hələ rəsmi olaraq açıqlanmayıb.
"NVIDIA" "RTX 40" üçün yeni texnologiyasını təqdim edib
"NVIDIA" "RTX 40" qrafik kartları üçün FPS dərəcəsini artıran yeni “Smooth Motion” texnologiyasını elan edib. Bu sistem DLSS 4-də istifadə edilən Transformer modeli və MFG texnologiyasına əsaslanır. “Smooth Motion” DirectX 11 və DirectX 12 dəstəkləyən oyunlarda süni intellekt vasitəsilə kadr sürətini artıraraq daha axıcı görüntü təmin edir.
"Samsung Messages" tətbiqi silinib
"Samsung" "Galaxy S25" seriyasından etibarən "Samsung Messages" tətbiqini tamamilə ləğv edərək, "Google Messages" tətbiqini təqdim edəcək. Daha əvvəl "Galaxy Z Flip6" və "Fold6" modellərində "Samsung Messages" "Play Store" və "Galaxy Store"dan yüklənə bilirdi, lakin artıq bu imkan da tamamilə aradan qaldırılıb.