Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Apple" Çində "ChatGPT" əvəzinə "DeepSeek"dən istifadə edə bilər

Does DeepSeek offer Apple's faltering AI strategy a lifeline?

"Apple" AI texnologiyasını inkişaf etdirmək üçün "DeepSeek" ilə əməkdaşlıq etməyi planlaşdırır. Şirkət Çindəki qanuni məhdudiyyətlər səbəbindən "Apple Intelligence" xidmətini təqdim edə bilmir, lakin "DeepSeek"in AI modelləri bu problemi həll edə bilər. İddialara görə, "Apple" "ChatGPT" əvəzinə "DeepSeeki inteqrasiya etmək üçün danışıqlara başlayıb. Bu addım "Apple"ın Çində azalan satışlarını artırmasına və "Huawei" kimi rəqibləri ilə rəqabət gücünü qorumasına kömək edə bilər.

"ChatGPT" üçün "Deep Research" xüsusiyyəti təqdim olundu

"OpenAI" "ChatGPT Pro" istifadəçiləri üçün dərin araşdırma aparmağa imkan verən "Deep Research" funksiyasını təqdim edib. Yeni xüsusiyyət istifadəçilərə 5-30 dəqiqə ərzində daha geniş və ətraflı məlumat toplamaq imkanı verir. Araşdırmalar sağ paneldə aparılarkən, nəticələr ekranın sol tərəfində əks olunur. Şirkət bəzi hallarda məlumatların səhv ola biləcəyini və istifadəçilərin onları yoxlamalı olduğunu vurğulayıb. Hazırda aylıq 100 araşdırma limiti ilə təqdim edilən bu xüsusiyyətin gələcəkdə daha sürətli və geniş əhatəli olması gözlənilir.

"Apple" ağıllı eynək layihəsini ləğv edib

Apple Glasses Release Date and Price – AR GLASSES FOR $1,000?

"Apple" "Vision Pro"nun daha inkişaf etmiş versiyası olan AR eynək layihəsini ləğv edib. "Apple" rəhbərliyi test nəticələrindən məmnun qalmayıb, layihə komandasının performansı da suallar doğurub.

"Samsung"un üç qatlanan "Galaxy G Fold" modeli gəlir

uce-katlanabilir-samsung-galaxy-g-fold-geliyor

"Samsung"un ilk üç qatlanan (tri-fold) telefonu “Galaxy G Fold” adı ilə bazara çıxmağa hazırlaşır. Məlumata görə, cihaz 2025-ci ilin sonu və ya 2026-cı ilin əvvəlində təqdim ediləcək. "Galaxy G Fold" “G” hərfi formasında qatlanan ekran dizaynı ilə fərqlənəcək və bu struktur, həm cihazın daha kompakt olmasını, həm də daxili ekranın daha yaxşı qorunmasını təmin edəcək.

Çinli alimlər oktapod bənzəri robotlar hazırlayıb

Çinin Elm və Texnologiya Universitetinin alimləri təbiətdən ilhamlanaraq "SpiRobs" adlı yeni robotlar hazırlayıblar. Bu robotlar oktapod qollarının elastikliyini təqlid edən loqaritmik spiral əsasında dizayn edilib.

Posted 
Feb 3, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All