nnovasiyavə Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan KibertəhlükəsizlikMərkəzi (AKM) “Beyin Mərkəzi” layihəsi çərçivəsində Sənaye və İnnovasiyalar üzrəBakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb. Bu saziş çərçivəsindəAKM tərəfindən Peşə Təhsili Mərkəzində aşağıdakı fəaliyyətlər həyata keçiriləcək:
• İnformasiya kommunikasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsindəkeçirilən fənlərin sillabusları dəyərləndiriləcək, yeni mövzular təklifolunacaq və müasir tələblərə uyğun olaraq yenilənəcək.
• Müəllimlər və tələbələrüçün kompüter sistemlərində proqramlaşdırma, İnformasiya KommunikasiyaTexnologiyaları və Kibertəhlükəsizlik sahələrində müxtəlif seminarlar, təlimlərvə vörkşoplar təşkil ediləcək.
• Təhsil alan tələbələrinbir hissəsinin istehsalat təcrübəsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkilediləcək və bu proses üçün müvafiq imkanlar araşdırılacaq.
• AKM mütəxəssisləri tərəfindəntələbələrə həm əyani, həm də distant formada mühazirələr və seminar məşğələlərikeçiriləcək, zəruri hallarda mütəxəssislər tədris prosesinə müəllim kimi cəlbediləcək.
• Praktiki dərslərdəAKM-in mütəxəssisləri və Agentliyin əməkdaşları birgə iştirak edəcək, tələbələrənəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar öyrədiləcək.
• Mərkəzin laboratoriyaimkanlarının yetərsiz olduğu hallarda praktiki təlimlər AKM-in resurslarındanistifadə edilməklə təşkil ediləcək.
• AKM-in İsrailin“Technion” İnkişaf və Araşdırma Fondu ilə əməkdaşlığı çərçivəsində təlimproqramında iştirak edən tələbələrə uyğun dərslər üzrə kreditlərin tanınması təminediləcək.
• Tələbələrin təhsilaldıqları müəssisələrdə “Kiber Klublar”ın yaradılmasına dəstək veriləcək, həmçininbu klubların fəaliyyət planlarının hazırlanması həyata keçiriləcək.
Qeydedək ki, “Beyin Mərkəzi” layihəsi, ölkədə kibertəhlükəsizlik sahəsində insan kapitalının təhsil və peşəkarhazırlıq səviyyəsini artırmaq üçün nəzərdə tutulub. Layihə, ali və peşə təhsil müəssisələri ilə əməkdaşlıqedərək, tələbələr və müəllimlər üçün kibertəhlükəsizlik üzrə qlobal bazarın ənson trendlərini və müasir tendensiyalarını tədris prosesinə inteqrasiya etməyihədəfləyir. Eyni zamanda, müasir təlimavadanlıqları quraşdırılır, virtual laboratoriyalar yaradılır və tələbələrinpeşəkar təcrübə qazanması üçün şərait təmin edilir. Layihə çərçivəsində həmçininuniversitetlərdə kiber klublar təsis edilir, əmək bazarının tələbləri öyrədilirvə bu biliklər tədrisə uyğunlaşdırılır.